Bu xidmət yeni təhsil proqramı (kurikulum) üzrə sınaq imtahanına yazılış xidmətidir. Bu xidmətdən istifadə etmək üçün ödəniş tələb olunur.

Sınaq imtahanı sizdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyənizi real qiymətləndirməyinizə kömək edir. Sınaq imtahanına mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına çalışmayın. Bu sınaq imtahanında əldə etdiyiniz nəticələr qəbul imtahanlarının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil.

Diqqət!

Sınaq imtahanlarına yazılış yalnız İNTERNET vasitəsilə aparılır və imtahan keçiriləcək həftənin bazar ertəsi günü səhər saat 09:00-da başa çatır.

Sınaq imtahanlarına yazılmaq üçün sistemə giriş üçün şəxsi kabinetin şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edilir. Əgər şəxsi kabinetiniz yoxdursa yuxarıdakı müvafiq linkə basmaqla şəxsi kabinet yaratmaq lazımdır. İmtahana yazılacak hər bir şəxs üçün şəxsi kabinetin hasabına 20 AZN məbləğində vəsait əlavə edilməlidir.

Sınaq imtahanına yazılmaq üçün ŞƏXSİYYƏT (QEYDİYYAT, İCAZƏ, QAÇQIN) VƏSİQƏSİ tələb olunur.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən MYİ, DYİ və ya QV seriyalı icazə (qaçqın) vəsiqəsi almış əcnəbilər sınaq imtahanına internet vasitəsilə ümumi qaydada yazıla bilərlər.

Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı və sınaq imtahanına buraxılış vərəqəsinin surətini sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində DİM- ə təqdim etmək xahiş olunur! Sənədlərin elektron surətlərini info@dim.gov.az elektron poçt ünvanına da göndərmək olar.

Azercell, Bakcell və Nar Mobile abunəçiləri sınaq imtahanının nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini SMS-lə 7727-yə göndərmək kifayətdir!

Sınaq imtahanına mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına çalışmayın.

İmtahan zalından çıxarkən cavab kartını və cavab vərəqini nəzarətçiyə təhvil verin.

Növbəti sınaq imtahanlarının cədvəli və boş oturacaq yerlərinin sayı
28.10.2018 tarixində keçiriləcək sınaq imtahanına yazılış 16.10.2018-ci il tarixi saat 10:00-dan 22.10.2018-ci il tarixi saat 09:00-dək aparılacaq.
Tarix və saat Bina Ünvan Azərbaycan bölməsində boş qalan yerlərin sayı Rus bölməsində boş qalan yerlərin sayı