Bu xidmət Bakalavriat səviyyəsi (I-IV qruplar) üzrə sınaq imtahanı sınaq imtahanına yazılış xidmətidir. Bu xidmətdən istifadə etmək üçün ödəniş tələb olunur.

Sınaq imtahanı sizdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyənizi real qiymətləndirməyinizə kömək edir. Sınaq imtahanına mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına çalışmayın. Bu sınaq imtahanında əldə etdiyiniz nəticələr qəbul imtahanlarının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil.

Diqqət!

Sınaq imtahanlarına yazılmaq üçün sistemə giriş üçün şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edilir. Əgər şəxsi kabinetiniz yoxdursa yuxarıdakı müvafiq linkə basmaqla şəxsi kabinet yaratmaq lazımdır. İmtahana yazılan hər bir şəxs üçün şəxsi kabinetin hesabına 40.00 AZN (3-cü qrupun DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə coğrafiya fənnindən əlavə imtahan üçün 15.00 AZN də yükləməlidirlər) məbləğində vəsait əlavə edilməlidir.

Sınaq imtahanına yazılmaq üçün ŞƏXSİYYƏT (QEYDİYYAT, İCAZƏ, QAÇQIN) VƏSİQƏSİ tələb olunur.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən MYİ, DYİ və ya QV seriyalı icazə (qaçqın) vəsiqəsi almış əcnəbilər sınaq imtahanına internet vasitəsilə ümumi qaydada yazıla bilərlər.

Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı və sınaq imtahanına buraxılış vərəqəsinin surətini sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində DİM- ə təqdim etmək xahiş olunur! Sənədlərin elektron surətlərini info@dim.gov.az elektron poçt ünvanına da göndərmək olar.

Azercell, Bakcell, Nar və NaxTel abunəçiləri sınaq imtahanının nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün imtahana buraxılış vərəqəsindəki qeyd edilən kodu SMS-lə 7727-yə göndərmək kifayətdir!

Sınaq imtahanına mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına çalışmayın.

İmtahan zalından çıxarkən cavab kartını, cavab vərəqini və sağlamlıq haqqında bəyannaməni nəzarətçiyə təhvil verin.

İmtahan iştirakçısının yaddaş kitabçası

İmtahan iştirakçısının yaddaş kitabçası (coğrafiya fənnindən əlavə imtahan üçün)

Növbəti sınaq imtahanlarının cədvəli və boş oturacaq yerlərinin sayı

Tarix və saat İmtahan yeri Boş qalan oturacaq yerlərinin sayı

© 2022 - DIM