Kənd Təsərrüfatı Nazirliyi
Torpaqdan istifadəyə nəzarət şöbəsi, Kənd təsərrüfatının ekologiyası və iqlim məsələləri sektoru, məsləhətçi


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Kənd Təsərrüfatı Nazirliyi üzrə: Bakı şəh., Ü.Hacıbəyov küş., 40, Hökümət Evi
Dövlət orqanı Kənd Təsərrüfatı Nazirliyi
Struktur bölmə Torpaqdan istifadəyə nəzarət şöbəsi, Kənd təsərrüfatının ekologiyası və iqlim məsələləri sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 840
Qulluq funksiyaları
  • ekoloji kənd təsərrüfatı sahəsinə həsr olunmuş proqramların (layihələrin) hazırlanması və onların icrasının təmin olunmasında iştirak etmək;
  • kənd təsərrüfatı məhsulların istehsalı zamanı ətraf mühitə təsir edə biləcək amilləri proqnozlaşdırmaq və qarşısının alınması ilə bağlı təkliflər hazırlamaq;
  • müxtəlif təsirlər nəticəsində çirklənmiş, münbitliyi pozulmuş torpaqlarda sağlamlaşdırma və rekultivasiya təkliflərini hazırlamaq;
  • kənd təsərrüfatı məhsullarının istehsalında ətraf mühitin qorunması ilə bağlı tövsiyələr hazırlamaq və bu istiqamətdə müvafiq qurumlarla birgə tədbirlərdə iştirak etmək;
  • qlobal iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi və bu istiqamətdə müvafiq tədbirlər görmək;
  • kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirinin azaldılması istiqamətində təkliflər hazırlamaq və bu istiqamətdə müvafiq qurumlarla birgə tədbirlərdə iştirak etmək;
  • fəaliyyət istiqamətinə uyğun olaraq xarici ölkələrin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • kənd təsərrüfatının iqlim dəyişkənliyinə təsirlərinin azaldılması istiqamətində adaptasiya və yumşaldılma proqramlarını hazırlanmasında iştirak etmək;
  • beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, birgə layihələr hazırlamaq;
  • şöbənin fəaliyyət istiqaməti ilə bağlı Nazirlikdə yaradılmış komissiyalarda, işçi qruplarında, ezamiyyə ilə bağlı səfərlərdə şöbəni təmsil etmək və onların işində iştirak etmək;
  • sektorun vəzifələrinə aid arayışlar, məlumatlar, hesabatlar və digər aidiyyəti sənədləri hazırlayaraq şöbə müdirinə  təqdim etmək;                    
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • əmək və icra intizamına riayət etmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: coğrafiya, torpaqşünaslıq və aqrokimya , yer quruluşu, torpaq və şəhər kadastrı, ekologiya ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4
Müsahibə elanının tarixi 15.03.2021 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 13.04.2021 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 15 mart 2021-ci il tarixindən  13 aprel 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Hazırda qulluq keçən dövlət qulluqçuları istisna olmaqla digər namizədlərin əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən təsdiq edilməlidir.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə telefonları: 

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Dövlət qulluğu məsələləri şöbəsi: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili şöbəsi: Tel.:(012) 431 63 86 (daxili 111,102); e-mail: dqqeydiyyat@dim.gov.az.