Energetika Nazirliyi
Hüquq şöbəsi, Hüquqi təhlil və ekspertiza sektoru, böyük məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Dövlət qulluğu məsələləri şöbəsi, Vəzifə təlimatları və elanlarla iş sektoru aparıcı məsləhətçi
Ayşən Atakişiyeva
Əlaqə vasitələri:
Email: a.atakishiyeva@dim.gov.az
Telefon: (012)465 87 93 daxili: 136,130


  1. Hüquq anlayışı və əlamətləri: [1-6] Hüququn anlayışı və əlamətləri. Hüququn digər sosial normalardan fərqi. Əsas hüquq sistemləri
    • Hüquq mənbələri: [1-6] Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ hüquqi akt. Hüquqi doktrina. Müqavilə 
      • Hüquq prinsipləri: [1-6] Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı
        • Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri: [1-6]    Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri-rəsmi təfsir)
          • Hüquq münasibətləri: [1-6] Hüquq münasibətlərinin anlayışı və onun növləri. Hüquq münasibətlərinin subyektləri, obyekti və məzmunu. Hüquqi faktlar.
            • Hüquq sistemi: [1-6] Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, hüquq institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq. 
              • Hüquq məsuliyyəti: [1-6] Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları 
                • “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu üzrə: [7] Qanunun məqsədi. Normativ hüquqi aktın anlayışı. Normativ hüquqi aktların qüvvəsi. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi. Normayaratma fəaliyyətinin əsas prinsipləri. Normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmin edilməsi vasitələri. Normativ hüquqi aktların kolliziyası və onun həlli yolları və kolliziyanın aradan qaldırılması üsulları. Qanunvericilikdə boşluqlar. Normativ hüquqi aktların növləri. Beynəlxalq müqavilələrlə normativ hüquqi aktların qarşılıqlı nisbəti. Normativ hüquqi aktın tərtib edilməsi üslubu və rekvizitləri. Normativ hüquqi aktın struktur elementləri. Normayaratma prosesi və onun mərhələləri. Normativ hüquqi aktın layihələrinin hazırlanması qaydası. Normativ hüquqi aktın layihələrinin razılaşdırılması. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi. Normativ hüquqi aktın layihəsinin məcburi hüquqi ekspertizası. Normativ hüquqi aktların layihələrinə dair ümumi tələblər. Normativ hüquqi aktlarda sui-istifadə amilləri və onların növləri. Normativ hüquqi aktların layihələrinə baxılması və onların qəbul edilməsi qaydası. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi qaydası. Normativ hüquqi aktların rəsmi dərc edilməsi və qüvvəyə minməsi. Normativ hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi.
                  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə: [8] Mülki qanunvericiliyin prinsipləri. Mülki hüquq münasibətlərinin obyektləri və subyektləri. Mülki hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti. Fiziki və hüquqi şəxsin anlayışı. Mülkiyyət hüququnun anlayışı və məzmunu, subyektləri. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi. Əqdlər, onların növləri və formaları. İddia müddəti. Öhdəlik anlayışı. Öhdəliklərin əmələ gəlməsi əsasları. Öhdəliyin tərəfləri.  Müqavilə anlayışı. Müqavilənin qüvvəsi. Müqavilənin bağlanması, dəyişdirilməsi və ləğv edilməsi qaydaları.
                    • Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi üzrə: [10] Mülki məhkəmə icraatının vəzifələri. Məhkəmə aidiyyəti məsələləri. İşdə iştirak edən şəxslərin tərkibi və onların prosessual vəziyyəti. Məhkəmədə nümayəndəlik. Sübutlar, onların növləri və qiymətləndirilməsi. Prosessual müddətlər. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi. İddianın verilməsi. Məhkəmə baxışı. Qətnamənin çıxarılması və elan edilməsi. Qətnamənin qanuniliyi və əsaslılığı. Qətnamənin məzmunu. Məhkəmə qərardadları. Məhkəmə aktlarından şikayət və protest verilməsi qaydası. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri. Kassasiya instansiya məhkəməsinin səlahiyyətləri. 
                      • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə: [9]  Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi və inzibati məsuliyyətin əsasları. İnzibati xətalar qanunvericiliyinin prinsipləri. İnzibati xəta anlayışı. İnzibati məsuliyyəti istisna edən hallar. İnzibati tənbeh növləri. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları. Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb və əsaslar. İnzibati xəta haqqında protokol və onun tərtib edilməsi müddətləri. İnzibati xətalar haqqında işlərə baxılması qaydası. İnzibati xəta haqqında iş üzrə qərarın məzmunu. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilməsi qaydası. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslər. İnzibati xətalar haqqında işlərin aidiyyəti. İnzibati cərimə tətbiq edilməsi haqqında qərarın məcburi icraya yönəldilməsi. 
                        • Azərbaycan Respublikasının Əmək Məcəlləsi: [11] Azərbaycan  Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları. Məzuniyyət hüququ və onun təmin edilməsi. Əmək məzuniyyətlərinin müddətləri. Yaradıcılıq və təhsil məzuniyyətləri. Sosial məzuniyyətlər. Ödənişsiz məzuniyyətlər.  
                          • “Energetika  haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [12] Qanunun əhatə dairəsi. Dövlət energetika siyasətinin məqsədləri. Energetika sahəsində dövlətin müstəsna hüquqları. Energetika sahəsində fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları.  Energetika sahəsində idarəçilik və nəzarət. Energetika müqavilələri barədə ümumi müddəalar. Kəşfiyyat üzrə müqavilələr. İşlənmə və hasilat üzrə müqavilələr. Baş enerji nəqletmə sistemləri üzrə müqavilələr. Enerjinin paylanması üzrə müqavilələr. Energetika müqaviləsinin dayandırılması və qüvvədən düşməsi.
                            • ”Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [13] Qanunun tətbiq sahəsi və məqsədi. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri.    Elektrik və istilik enerjisi sahəsində idarəetmə və dövlət nəzarəti. Elektroenergetikada müqavilə münasibətləri. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları. Elektrik enerjisinin idxal və ixrac edilməsi.
                              • “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [14] Qanunun tətbiq sahəsi. Qaz fəaliyyəti sahəsində müqavilələr. Qaz nəqli xidmətləri. Qazın paylanması. Yeraltı qaz anbarları.
                                • “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə” üzrə: [15] Energetika Nazirliyinin fəaliyyət istiqamətləri. Nazirliyin fəaliyyətinin təşkili. Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktlar. 

                                  Ədəbiyyat:

                                  1. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. B., 2005
                                  2. Məmmədov İ. Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə). B., 2005
                                  3. Теория государства и права. Курс лекций. Под ред. Н.И. Матузова, А.В.Малько. – 2-е изд., перераб. и доп. М., 2005
                                  4. Xropanyuk V.N.  Теория государства и права. M; 1996
                                  5. Xropanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə). B., 1993
                                  6. Марченко М.Н. Теория государства и права: Учебник.-2-е изд., перераб. и доп. – М.: ТК Велби, Изд-во Просрект, 2005
                                  7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ (17.02.2011-ci il tarixdə qüvvəyə minmişdir)
                                  8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 28 dekabr 1999-cu il
                                  9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, 29 dekabr 2015-ci il
                                  10. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, 28 dekabr 1999-cu il
                                  11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral  1999-cu il
                                  12. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 24 noyabr 1998-ci il, № 541-IQ
                                  13. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu. 3 aprel 1998-ci il, №459-IQ
                                  14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 iyun 1998-ci il, № 513-IQ 
                                  15. Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2014-cü il tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmişdir)