Kənd Təsərrüfatı Nazirliyi
Dövlət Aqrar İnkişaf Mərkəzləri, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi, Maliyyə-təsərrüfat sektoru, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərin müavini - sektor müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Dövlət qulluğu məsələləri şöbəsinin Vəzifə təlimatları və elanlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu [1]
    • Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlət payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) silinməsi qaydası [2]
      • Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları [3]
        • Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və onun yanında yaradılan dövlət agentliyi və dövlət xidmətlərinin aparatlarının xidməti minik avtomobillərinin say həddi [4]
          • Kənd Təsərrüfatı Nazirliyi sistemində aparılan institusional islahatların əsasları, mahiyyəti və aqrar sektorun inkişafında əhəmiyyəti [5]
            • “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın məqsəd və vəzifələri [6]
              • Aqrar siyasətin formalaşmasının əsasları [7, 8, 9]
                • Azərbaycanda aparılmış aqrar islahatın əsas istiqamətləri və prinsipləri
                • Torpaq islahatı
                • Torpaq üzərində mülkiyyət formaları
              • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi [10]
                • Azərbaycan Respublikasının Torpaq Məcəlləsi üzrə: [11]
                  • Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
                  • Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkib
                  • Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
                  • Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri və hüquqları
                  • Torpaqların münbitliyi
                  • Torpaq sahəsinin dövriyyəsi anlayışı və qaydaları
                • Elektron xidmətlərin göstərilməsi, bu sahədə dövlət siyasətinin istiqamətləri [12, 13]
                  • Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları və Elektron xidmət növlərinin Siyahısı
                  • Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili qaydaları
                • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzləri [14]
                  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: [15]
                    • Ümumi normalar
                    • Kollektiv müqavilə və saziş
                    • Əmək müqaviləsi
                    • Əmək və icra intizamı
                    • Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları
                    • Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları 
                    • Əməyin ödənilməsi normaları
                    • Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar
                    • Orta əmək haqqı və onun saxlanılması üzrə təminatlar 
                    • Əməyin mühafizəsi
                    • İşçilərin sığortası
                  • Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası [16]
                    • Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı [17]
                      • Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları [18]
                        • Dövlət orqanlarında dövlət qulluqçusuna hesablanan əmək haqqı fondunun məbləğinin müəyyən olunması [19, 20, 21, 22]
                          • Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı;
                          • Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları;
                          • Dövlət qulluqçusuna hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən əlavə haqqın məbləği
                          • Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi

                        Ədəbiyyat:

                        1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ nömrəli Qanunu
                        2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”
                        3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları”
                        4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”
                        5. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanı
                        6. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı 
                        7. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının 1995-ci il 18 fevral tarixli 976 nömrəli Qanunu
                        8. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının 1995-ci il 18 fevral tarixli 978 nömrəli Qanunu
                        9. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-ci il 16 iyul tarixli 155-IQ nömrəli Qanunu
                        10. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamı
                        11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
                        12. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı
                        13. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı
                        14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 16 avqust tarixli 04Q nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi”
                        15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
                        16. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyul 759 nömrəli Fərmanı
                        17. "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı.
                        18. Azərbaycan Respublikası Maliyyə Nazirinin 2013-cü il 16 iyul tarixli Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”
                        19. "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı
                        20. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı
                        21. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 334-IIQ nömrəli Qanunu
                        22. Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”