Kənd Təsərrüfatı Nazirliyi
Dövlət Aqrar İnkişaf Mərkəzləri, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi, Maliyyə-təsərrüfat sektoru, baş məsləhətçi - torpaq məsələləri üzrə

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Dövlət qulluğu məsələləri şöbəsi, Vəzifə təlimatları və elanlarla iş sektoru aparıcı məsləhətçi
Ayşən Atakişiyeva
Əlaqə vasitələri:
Email: a.atakishiyeva@dim.gov.az
Telefon: (012)465 87 93 daxili: 136,130


  1. Kənd təsərrüfatı sahəsində  “Elektron kənd təsərrüfatı” yaradılmasının  məqsədi  və hüquqi əsasları. “Elektron kənd təsərrüfatı”nın yaradılması istiqamətləri və bu sahədə  texniki yardımlar. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) tərkib hissələri. “Elektron kənd təsərrüfatı” informasiya sistemi fəaliyyət prinsipləri. EKTİS-nin strukturu, qeydiyyata alınan məlumatlar və onların məzmunu [1,2]
    • Torpaq Məcəlləsinin məqsədi. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi. Torpaq  üzərində mülkiyyət  növləri. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu işlərinin təşkili və aparılması qaydaları. Torpaq sahələrinin və onların üzərində hüquqların dövlət qeydiyyatının ümumi qaydaları. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri və hüquqları. Torpaq sahəsinin dövriyyəsi anlayışı və qaydaları [3]
      • Torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi tənzimlənməsi. Torpaqların dövlət ehtiyacları üçün satınalma qiymətinin hesablanması [4]
        • Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri. Daşınmaz əmlakın vahid dövlət kadastrının strukturu. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması mərhələləri. Formalaşdırılan obyekt üçün kadastr planının tərtibi [5]
          • Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınması [6]
            • Meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydaları [7]
              • Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi; Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması; Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi [8]
                • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və fəaliyyətinin təşkili [9]

                  Ədəbiyyat:

                  1. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanı və “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 yanvar tarixli 988 nömrəli Sərəncamı.
                  2. “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı.
                  3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
                  4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanunu.
                  5. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”.
                  6. “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 22 may tarixli 222 nömrəli Sərəncamı.
                  7. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının 1996-cI il 5 iyun tarixli 116-IQ nömrəli Qanunu.
                  8. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı.
                  9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 16 avqust tarixli 04-Q nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi”.