Qida Təhlükəsizliyi Agentliyi
Tovuz regional bölmə, Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektoru, sektor müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Dövlət qulluğu məsələləri şöbəsinin Vəzifə təlimatları və elanlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu: [1]
    • Baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan kecirilməsi, dövlət qeydiyyatına alınması [2]
      • Baytarlıq preparatlarının istehsalı, idxalı, ixraci, saxlanması daşınması,satışı və istifadəsi [2]
        • Yem və yem əlavələrinin, baytarlıq preparatlarının, avadanlıqların istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiqi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi [2]
          • Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili [3]
            • İdxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq  (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi [3]
              • Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması [3]
                • Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması [4]
                  • Baytarlıq nəzarətinə aid malların Vahid Siyahısı [5]
                    • Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi [6]
                      • Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması [7]
                        • Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi [8]
                          • Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması qaydaları [9]
                            • Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi [10]
                              • Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi [11]
                                • Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu [12]

                                  Ədəbiyyat:

                                  1. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu. 31 may 2005-ci il
                                  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2007-ci il tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq preparatlarının aprobasiyası, ekspertizası,sınaqdan kecirilməsi, dövlət qeydiyyatına alınması, istehsalı. idaxı, ixraci, saxlanması, daşınması,satışı və istifadəsi, habelə yem və yem əlavələrinin, baytarlıq preparatlarının, avadanlıqların istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiqi,onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları”.
                                  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş  “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən   yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan   mənşəli məhsulların və xammalın baytarlıq   (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”.
                                  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onlarınərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması qaydaları”. 
                                  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”
                                  6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları”
                                  7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması qaydaları”
                                  8. “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamı
                                  9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması qaydaları”
                                  10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi qaydaları”
                                  11. Azərbaycan Respublikası  Nazirlər Kabinetinin  2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi qaydaları”
                                  12. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu 10 noyabr 1992-ci il