İqtisadiyyat Nazirliyi
Quba-Xaçmaz regional bölməsi, böyük məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Dövlət qulluğu məsələləri şöbəsinin Vəzifə təlimatları və elanlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. Dövlətin regional inkişaf siyasətinin əsas istiqamətləri: [1,2,3,4,5,14]
    • Regional inkişaf üzrə dövlət siyasətinin zəruriliyi və əsas istiqamətləri;
    • İqtisadiyyatın diversifikasiyası;
    • Qeyri-neft sektorunun inkişafı;
    • Regionların tarazlı inkişafı;
    • İqtisadi rayonlaşma təsnifatı;
    • Müvafiq iqtisadi rayonun spesifik xüsusiyyətləri;
    • Müvafiq iqtisadi rayonda sənayenin inkişaf istiqamətləri;
    • Müvafiq iqtisadi rayonda aqrar sektorun inkişaf istiqamətləri;
    • Müvafiq iqtisadi rayonda infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri.
  2. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar  dövlət proqramları, strategiya və konsepsiya: [1,2,3,4,5]
    • “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”;
    • “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;
    • “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;
    • “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası;
    • “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”.
  3. Regionlarda sahibkarlığın inkişafı, o cümlədən kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyinin əsas mexanizmləri. [6,7,8,9,10,11,12,13,14]
    • Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli maliyyələşmə mexanizmi;
    • Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi tədbirləri;
    • Biznes inkubatorları;
    • İnvestisiya təşviqi mexanizmi;
    • İxracın təşviqi mexanizmi;
    • Lisenziyalar və icazələr;
    • Sənaye parkları və məhəllələri, tətbiq olunan güzəştlər.

Ədəbiyyat:

  1. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;
  2. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;
  3. Azərbaycan Respublikası Prezidentinin Fərmanı 27 fevral 2014-cü il tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”; 
  4. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası;
  5. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”;
  6. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”;
  7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları” və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”;
  8. “İnvestisiyalann təşviqi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı;
  9. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli 878 nömrəli Fərmanı təsdiq edilmiş “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”;
  10. Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 oktyabr 2015-ci il tarixli, 650 nömrəli Fərmanı;
  11. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu;
  12. “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1 mart 2016-cı il, 811 nömrəli Fərmanı;
  13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli, 401 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı” və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”;
  14. www.president.az; www.economy.gov.az; www.anfes.gov.az; www.agro.gov.az; www.lisenziya.gov.az; www.senaye.gov.az; www.bbtc.gov.az; www.azpromo.az.