ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ ELEKTRON ƏRİZƏ VERƏN
ABİTURİYENT ÜÇÜN TƏLİMAT

 

Abituriyent elektron ərizənin doldurulması mərhələsində:

-    tələb olunan sənədləri toplayır;

-    elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalıdır;

 

Diqqət! Abituriyent “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu unutmamalıdır.

 

-    sonra abituriyent “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu eservices.dim.gov.az/erizehl   internet səhifəsinin abituriyentlər üçün giriş bölməsində müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır;

-    elektron ərizə ekranda açıldıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun  olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir;

-    ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü, tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;

-    "Ərizəni yadda saxla" düyməsini basır;

-    ekranda açılan pəncərədə iş nömrəsi və şifrə təsvir olunacaq. Bu məlumatları unutmammalı və çap etməlidir;

-    proqram apardığı yoxlamalar nəticəsində səhvlər aşkar edib bu barədə məlumat verərsə, abituriyent müvafiq düzəlişlər aparıb yenidən "Ərizəni yadda saxla" düyməsini basır;

-    ərizəni doldurduqdan sonra iş nömrəsi və şifrəni çap edir, məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədilə "Əvvəlki səhifəyə qayıt" düyməsini basır.

 

Abituriyent elektron ərizənin təsdiqi mərhələsində:

-     elektron ərizəsini təsdiq etdirmək üçün müəyyən edilmiş müddətdə sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edir. Təsdiqlənmiş ərizədə yalnız DİM-nə yazılı şəkildə müraciət etməklə düzəlişlər aparmaq mümkündür.