“ABİTURİYENTİN
ELEKTRON ƏRİZƏSİ (ÜMUMİ ORTA TƏHSİL
BAZASI)”NİN DOLDURULMA QAYDASI
Abituriyent elektron ərizə
formasını aşağıdakı qaydada doldurur:
Sistemdə qeydiyyat zamanı (iş
nömrəsi və şifr əldə edilən zaman) istifadə
edilən şəxsiyyəti təsdiq edən sənədin
növündən asılı ərizənin bəzi sahələrində
hər-hansı bir dəyişiklik etmək mümkün deyil.
6-cı bənddə siyahıdan cinsinə uyğun
olaraq “kişi” və ya “qadın”
sözünü seçir;
7-ci bənddə vətəndaşı
olduğu ölkəni siyahıdan seçir;
9-cu bənddə yaşadığı məntəqəni
siyahıdan seçir;
10-cu bənddə qeydiyyatda olduğu
ünvanı daxil edir;
11-ci bənddə abituriyentin “Şəxsi
kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqə
təsvir olunur.
Bu bənddə abituriyent heç bir əməliyyat aparmır.
12-ci bənddə əlaqə
telefonunun operatorunu siyahıdan seçir, telefon nömrəsini
isə müvafiq sahəyə daxil edir;
13-cu bənddə bitirdiyi ümumi orta təhsil
müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin
adını, sonra isə bitirdiyi ümumi orta təhsil müəssisəsinin
adını siyahıdan seçir;
14-cü bənddə ümumi təhsil müəssisəsini
bitirdiyi ili daxil edir;
15-ci bənddə təhsil haqqında şəhadətnamənin
seriyasını siyahıdan seçir, nömrəsini və
verilmə tarixini müvafiq sahələrə daxil edir;
16-cı bənddə test imtahanı verəcəyi
dil Azərbaycan dili seçilir;
17-ci bənddə orta ixtisas təhsili müəssisələrinin
təhsil forması dövlət hesablı və ya ödənişli
əsaslarla olan 1 ixtisas kodunu göstərə bilər.
Seçilmiş
ixtisas aşağıdakı tələbləri ödəməlidir:
- ixtisas kodu elan olunmuş
ixtisaslar siyahısından seçilməlidir;
- Azərbaycan bölməsinin
abituriyentləri Azərbaycan, rus bölməsinin abituriyentləri
isə rus bölməsinə aid olan ixtisasları seçməlidirlər.
Bu
tələbləri ödəməyən ixtisas kodları nəzərə
alınmır.