“ABİTURİYENTİN ELEKTRON ƏRİZƏSİ (ÜMUMİ ORTA TƏHSİL BAZASI)”NİN DOLDURULMA QAYDASI

 

Abituriyent elektron ərizə formasını aşağıdakı qaydada doldurur:

Sistemdə qeydiyyat zamanı (iş nömrəsi və şifr əldə edilən zaman) istifadə edilən şəxsiyyəti təsdiq edən sənədin növündən asılı ərizənin bəzi sahələrində hər-hansı bir dəyişiklik etmək mümkün deyil.

6-cı bənddə siyahıdan cinsinə uyğun olaraq “kişi” və ya “qadın” sözünü seçir;

7-ci bənddə vətəndaşı olduğu ölkəni siyahıdan seçir;

9-cu bənddə yaşadığı məntəqəni siyahıdan seçir;

10-cu bənddə qeydiyyatda olduğu ünvanı daxil edir;

11-ci bənddə faktiki yaşadığı ünvanı (faktiki yaşadığı ünvan qeydiyyatda olduğu ünvandan fərqlidirsə) daxil edir;

12-ci bənddə əlaqə telefonunun operatorunu siyahıdan seçir, telefon nömrəsini isə müvafiq sahəyə daxil edir;    

13-cu bənddə bitirdiyi ümumi orta təhsil müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi orta təhsil müəssisəsinin adını siyahıdan seçir;

14-cü bənddə ümumi təhsil müəssisəsini bitirdiyi ili daxil edir;

15-ci bənddə təhsil haqqında şəhadətnamənin seriyasını siyahıdan seçir, nömrəsini və verilmə tarixini müvafiq sahələrə daxil edir;

16-cı bənddə test imtahanı verəcəyi dil Azərbaycan dili seçilir;

17-ci bənddə orta ixtisas təhsili müəssisələrinin təhsil forması dövlət hesablı və ya ödənişli əsaslarla olan 5-ə qədər ixtisas kodunu göstərə bilər. İxtisas kodlarının sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Seçilmiş ixtisas kodlarının ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və abituriyent  müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Seçilmiş ixtisaslar aşağıdakı tələbləri ödəməlidir:

-   ixtisas kodları elan olunmuş ixtisaslar siyahısından seçilməlidir;

-   Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan, rus bölməsinin abituriyentləri isə rus bölməsinə aid olan ixtisasları seçməlidirlər.

Bu tələbləri ödəməyən ixtisas kodları nəzərə alınmır.