“NAMİZƏDİN ELEKTRON ƏRİZƏSİ”NİN

DOLDURULMA QAYDASI

 

Namizəd elektron ərizə formasını aşağıdakı qaydada doldurur:

Namizəd ali təhsil müəssisəsinə qəbul olunduqdan sonra soyadında, adında və ya atasının adında dəyişiklik olubsa, əvvəlki soyadını, adını və ya atasının adını 2(S),  2(A) və 2(AA) bəndlərində müvafiq sahələrdə Azərbaycan əlifbası ilə qeyd edir;

8-ci bənddə faktiki yaşadığı ünvanın qeydiyyatda olduğu ünvanla eyni və ya fərqli olmasını müvafiq bölmədə qeyd edir. Faktiki yaşadığı ünvan qeydiyyatda olduğu ünvandan fərqlidirsə, faktiki yaşadığı ünvanın yerləşdiyi məntəqənin adını siyahıdan seçir, sonra isə ünvanı müvafiq sahəyə daxil edir;

9-cu bənddə namizəd özünün e-mail ünvanını daxil edir (bu ünvandan iş nömrəsini, şifri unutduqda və digər zəruri hallarda namizədlə əlaqə saxlamaq üçün istifadə olunacaqdır);

10-cu bənddə əlaqə telefonunun operatorunu siyahıdan seçir, telefon nömrəsini müvafiq sahəyə daxil edir;

11-ci bənddə bitirdiyi ümumi təhsil müəssisəsinin (orta ixtisas təhsili müəssisəsinin) yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi təhsil müəssisəsinin (orta ixtisas təhsili müəssisəsinin) adını siyahıdan seçir, həmin təhsil müəssisəsini bitirdiyi ili müvafiq sahəyə daxil edir;

12-ci bənddə baza ali tibb təhsili üzrə ali təhsil müəssisəsinə qəbul olunduğu ili daxil edir;

13-cü bənddə baza ali tibb təhsili üzrə ali təhsil müəssisəsinə qəbul olunmaq üçün doldurduğu “Abituriyentin ərizəsi"nin nömrəsini daxil edir;

14-cü bənddə baza ali tibb təhsili üzrə bitirdiyi ali təhsil müəssisəsinin adını siyahıdan seçir, bu ali təhsil müəssisəsini bitirdiyi ili müvafiq sahəyə daxil edir;

15-ci bənddə baza ali tibb təhsili üzrə diplomunun seriyasını siyahıdan seçir, diplomun nömrəsini müvafiq sahəyə daxil edir (bu bənd cari ilin məzunlarına aid deyil);

16-cı bənddə baza ali tibb təhsili üzrə bitirdiyi ixtisasın şifrini və kodunu siyahıdan seçir;

17-ci bənddə diplom üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) neçə ballı sistemdə olduğunu uyğun dairəni seçməklə qeyd edir və müvafiq hissədə ÜOMG-ni göstərir;

18-ci bənddə baza ali tibb təhsilini fərqlənmə diplomu ilə başa vurubsa, müvafiq sahəni seçir;

19-cu bənddə namizəd imtahan verəcəyi dilə uyğun dairəni (Azərbaycan və ya rus) seçir;

20-ci bənddə baza ali tibb təhsili istiqamətini seçir.