REZİDENTURAYA ƏRİZƏ VERƏN NAMİZƏD ÜÇÜN

TƏLİMAT

 

“Namizədin elektron ərizəsi” formasının doldurulması və təsdiqi mərhələsində

Namizəd:

-    elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul balansına tələb olunan pul vəsaitini əlavə etməlidir. Namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər;

-    Mərkəzin saytından (eservices.dim.gov.az/erizerez/erize) ali təhsil müəssisəsinə qəbul olmaq üçün təqdim etdiyi “Abituriyentin ərizəsi”ndəki iş nömrəsini öyrənir və tələb olunan sənədləri toplayır;

-    eservices.dim.gov.az/erizerez/erize  internet səhifəsinə daxil olur, “Şəxsi kabinet”inin istifadəçi adını və parolu müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır.

-    elektron ərizə forması ekranda açıldıqdan sonra “Namizədin elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir;

-    ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgün və tam olmasını yoxlayır;

-    Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatını oxuyur;

 -   "Bəyannamə"ni oxuyur;

-    "Ərizəni yadda saxla" düyməsini basır;

-    proqram məntiqi yoxlamalar nəticəsində səhvlər barədə məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən "Ərizəni yadda saxla" düyməsini basır;

-    proqram məntiqi yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə, ekranda "Ərizəni təsdiq et" düyməsi aktivləşir;

-    "Ərizəni təsdiq et" düyməsini basır. Bəyannaməni oxuyur və "Şərtlərlə razıyam" düyməsini basmaqla elektron ərizəni özü təsdiq edir. Ərizənin təsdiq edilməsi haqqında məlumat ekranda göstərilir;

-    elektron ərizə formasındakı məlumatları çap etmək istədiyi halda, "Ərizəni çap et" düyməsini basır;

-    məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədi ilə "Səhifədən çıxış" düyməsini basır.

 

Namizəd ərizəsini təsdiq edənə qədər elektron ərizəsində düzəliş edə bilər.