ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ ELEKTRON ƏRİZƏ VERƏN
ABİTURİYENT ÜÇÜN TƏLİMAT

 

Abituriyent elektron ərizənin doldurulması mərhələsində:

-    tələb olunan sənədləri toplayır;

-    elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalıdır;

 

Diqqət! Abituriyent “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu unutmamalıdır.

 

-    sonra abituriyent “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu eservices.dim.gov.az/erizetex/erize   internet səhifəsinin abituriyentlər üçün giriş bölməsində müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır;

-    elektron ərizə ekranda açıldıqdan sonra (bu zaman elektron ərizənin hansı üsulla təsdiq oluna bilməsi haqqında məlumat ekranda göstərilir) “Abituriyentin elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun  olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir;

-    ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü, tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;

-    "Ərizəni yadda saxla" düyməsini basır;

-    proqram apardığı yoxlamalar nəticəsində səhvlər aşkar edib bu barədə məlumat verərsə, abituriyent müvafiq düzəlişlər aparıb yenidən "Ərizəni yadda saxla" düyməsini basır;

-    ərizəni doldurduqdan sonra məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədilə "Əvvəlki səhifəyə qayıt" düyməsini basır.

 

Abituriyent elektron ərizənin təsdiqi mərhələsində:

Elektron ərizənin təsdiq olunması DİM-nin məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla aparılır (ərizə təsdiqlənənədək proqram elektron ərizənin hansı üsulla təsdiq oluna bilməsi haqqında məlumatı ekranda göstərir):

-       Azərbaycan Respublikasının ümumi təhsili müəssisələrinin 9-cu sinfini 2013-cü ildə və sonrakı ildə bitirənlər elektron ərizələrini Sənəd Qəbulu Komissyalarına müraciət etmədən müəyyən edilmiş müddətdə “Ərizəni təsdiq et” düyməsini basmaqla özləri təsdiq edirlər:

-     Digər abituriyentlər elektron ərizələrini təsdiq etdirmək üçün müəyyən edilmiş müddətdə sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edirlər.

 

Təsdiqlənmiş ərizədə yalnız DİM-nə yazılı şəkildə müraciət etməklə düzəlişlər aparmaq mümkündür.