"ABİTURİYENTİN ELEKTRON ƏRİZƏSİ"NİN
DOLDURULMA QAYDASI

 

Abituriyent elektron ərizə formasını aşağıdakı qaydada doldurur:

 

Şəxsi məlumatlar hissəsində

 

1-9 bəndlərdə heç bir dəyişikliyə icazə verilmir;

10-ci bənddə abituriyent “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqə təsvir olunur. Bu bənddə abituriyent heç bir əməliyyat aparmır;

11-ci bənddin mobil telefon hissəsində bakalavrın “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefonu təsvir olunur. Bu hissədə bakalavr heç bir əməliyyat aparmır. Bu bəndin digər hissəsində isə əlaqə telefonunun aid olduğu şəhərlərarası (operator) kodunu siyahıdan seçir, telefon nömrəsini müvafiq sahəyə daxil edir;

      

   Ümumi orta təhsil (9 illik) haqqında məlumatlar hissəsində

        

          12-ci bənddə bitirdiyi (bitirəcəyi) ümumi orta təhsil müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə həmin təhsil müəssisəsinin adını siyahıdan seçir;

13-cü bənddə ümumi orta təhsil müəssisəsini bitirdiyi (bitirəcəyi) ili daxil edir;

14-cı bənddə təhsil haqqında şəhadətnamənin seriyasını siyahıdan seçir, nömrəsini və verilmə tarixini müvafiq sahələrə daxil edir;

15-ci bənddə şahadətnamə üzrə qiymətləri müvafiq sahələrdə qeyd edir

 

          Diqqət! TQDK-nın məlumat bazasında abituriyent barədə olan məlumatlar yetərli olduqda, o, elektron ərizənin 12-15 bəndlərinə məlumat daxil etmir. Ümumi orta təhsil (9 illik) müəssisəsini cari ildə bitirəcək  abituriyent 14-cü və 15-ci bəndlərə heç bir məlumat daxil etmir.

 

  Təhsili haqqında məlumatlar hissəsində

            

16-cı bənddə bitirdiyi (bitirəcəyi) təhsil səviyyəsini (pilləsini) siyahıdan seçir;

17-ci bənddə bitirdiyi (bitirəcəyi) təhsil müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin adını (16-cı bənddə seçilən təhsil sıviyyəsindən (pilləsindən) asılı olaraq), sonra isə həmin təhsil müəssisəsinin adını siyahıdan seçir. 16-cı bənddə orta ixtisas təhsilini seçən abituriyentlər orta ixtisas təhsilinin ödəniş formasını (“Orta ixtisas təhsilini dövlət hesabına almışam ”  və ya  “Orta ixtisas təhsilini ödənişli əsaslarla almışam” )  seçir;

18-ci bənddə təhsil müəssisəsini bitirdiyi (bitirəcəyi) ili daxil edir.

 

         Diqqət! Ümumi orta təhsil (9 illik) müəssisəsini 2013-cü ildə və ya sonrakı  ildə bitirən abituriyent elektron ərizənin bu hissəsinə heç bir məlumat daxil etmir.

 

  Test imtahanı haqqında məlumatlar hissəsində

 

19-cu bənddə test imtahanı verəcəyi dili (Azərbaycan və ya rus) seçir.