"ABİTURİYENTİN ELEKTRON İXTİSAS SEÇİMİ
ƏRİZƏSİ"NİN DOLDURULMASI VƏ TƏSDİQİ ÜÇÜN TƏLİMAT

(ÜMUMİ ORTA TƏHSİL BAZASI)

Abituriyent:

ü  ilk növbədə imtahan verdiyi bölməyə uyğun ixtisaslardan qəbul olunmaq istədiklərini  müəyyənləşdirir (bax: “Abituriyent” jurnalı, №3, 2024 il);

ü  eservices.dim.gov.az/erizetex/ixtisas1  internet səhifəsinə daxil olur, şəxsi kabinetinin istifadəçi adı və parolunu müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır;

ü  “Abituriyent üçün məlumat”ı oxuyur;

ü  seçdiyi ixtisasların kodlarını ərizəsində müvafiq sahələrə daxil edir. Abituriyent orta ixtisas təhsil müəssisələrinin imtahan verdiyi bölməyə aid olan 12-yə qədər ixtisas kodunu göstərə bilər. Seçilmiş ixtisas kodlarının ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.  Seçilmiş ixtisaslar aşağıdakı tələbləri ödəməlidir:

     ixtisas kodları elan olunmuş ixtisaslar siyahısından seçilməlidir (bax: “Abituriyent” jurnalı, №3, 2023 il);

        – Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan, rus bölməsinin abituriyentləri isə rus bölməsinə aid olan ixtisasları seçməlidirlər. Müsabiqəsi birgə aparılan ixtisasları hər iki bölmənin abituriyentləri seçə bilərlər.

         Bu tələbləri ödəməyən ixtisas kodları nəzərə alınmır.

ü  ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü və tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;

ü  "Ərizəni yadda saxla" düyməsini basır;

ü  proqram yoxlamalar nəticəsində səhvlər barəsində məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən "Ərizəni yadda saxla" düyməsini basır;

ü  proqram yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə, ekranda "Ərizəni təsdiq et" düyməsi aktivləşir;

ü  abituriyent  "Ərizəni təsdiq et" düyməsini basaraq ixtisas seçimini təsdiq edir.

Ərizə təsdiq edildikdən sonra ekrana ərizənin təsdiq edilməsi haqqında məlumat çıxır.

 

 

Diqqət!
Müsabiqəyə yalnız “Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurub təsdiq etmiş abituriyentlər buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.