“Təhsilin keyfiyyətinin təkmilləşdirilməsi: Dərsliklərin monitorinqi” adlı vörkşopun 1-ci hissəsində iştirakçılar ümumtəhsil müəssisələrində tədris edilən fənlərə aid dərsliklərin elmi-metodik monitorinqini aparmaq üçün istifadə olunan meyarlarla və rəylərin hazırlanması ilə bağlı praktik nümunələrlə tanış olacaqlar. 2-ci hissədə isə iştirakçılar onların ixtisasına aid fənlərə dair dərsliklərin təqdim edilən hissələrinə qısa rəy yazacaqlar.
Xüsusi qeyd: Vörkşopa Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, biologiya, coğrafiya və tarix ixtisasları üzrə mütəxəssislərin, həmçinin ali təhsil müəssisələrində Təhsildə qiymətləndirmə və monitorinq ixtisası üzrə təhsil alan magistrantların qoşulması məqsədəuyğundur