Muradov Murad (baş məsləhətçi), Ağayeva Fatma (böyük məsləhətçi), Kərimova Nəzrin (aparıcı məsləhətçi)
Vörkşop nəzəri və tətbiqi olmaqla iki hissədən ibarətdir. İştirakçılar reseptiv bacarıqların qiymətləndirilməsində əsas vasitə kimi istifadə olunan oxu və dinləmə materiallarının seçilməsi və tapşırıqların hazırlanmasına qoyulan tələblərlə tanış olacaq və əldə olunan bilikləri tətbiqi tapşırıqlarla möhkəmləndirəcəklər. Vörkşopun sonunda iştirakçılar oxu və dinləmə mətnlərinə qoyulan tələblərlə yaxından tanış olacaqlar; mətnlərin səviyyələrini müəyyən edə biləcəklər; müxtəlif səviyyələr üzrə beynəlxalq standartlara uyğun mətnlər tərtib edə biləcəklər; DİM-in tələblərinə uyğun mətn və onlara aid test tapşırıqlarını hazırlaya biləcəklər.