Aysel Həmidli (Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlər ilə iş şöbəsi, məsləhətçi), Aydın Qasımov (Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlər ilə iş şöbəsi, şöbə müdiri)
Vörkşop zamanı iştirakçılar sistemin kalibrləmə və yoxlama mərhələlərində iştirak edəcəklər (simulyasiya formatında). İştirakçılar kalibrləmə prosesində əvvəlcə tapşırıqlar və qiymətləndirmə meyarları ilə tanış olacaq, bundan sonra sistemin onlara təklif etdiyi etalon işləri qiymətləndirəcəklər. İştirakçılar kalibrləmə zamanı səhvə yol verdikləri işləri etalon qiymətlər ilə müqayisə edərək araşdırıb moderator ilə müzakirə edə biləcəklər. Kalibrləmə prosesindən uğurla keçib yoxlama prosesinə qoşulan iştirakçıların yoxlama zamanı yol verdikləri səhvlər moderator tərəfindən onların şəxsi kabinetlərinə göndəriləcək. İştirakçıların belə tip işləri də araşdırıb moderatorla müzakirə etmək imkanları olacaq.