Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Struktur bölmə |
Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin Aparatı, İnformasiya və ictimaiyyətlə əlaqələr sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
6 |
Aylıq vəzifə maaşı |
745 |
Qulluq funksiyaları |
- Xidmətin kommunikasiya işinin qurulması istiqamətində tədbirlər həyata keçirmək;
- təbliğat və təşviqat sahəsində effektiv fəaliyyət göstərmək
və bu sahədə tənzimləməni həyata keçirmək;
- sosial islahatlar, sosial
sahədə qanunvericilik, nazirliyin fəaliyyətinin məqsədi, istiqamətləri və əldə
edilmiş nəticələr, yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq KİV,
nazirliyin rəsmi internet saytı, sosial şəbəkələrdəki səhifələr və digər vasitələrlə
məlumat vermək;
- Xidmətin fəaliyyəti ilə bağlı KİV-dəki məlumatları izləmək;
- sektorun səlahiyyətinə aid edilmiş məsələlər üzrə
daxil olmuş sorğu, ərizə, şikayət təklif və digər sənədlərə qanunvericiliklə müəyyən
edilmiş müddətdə və qaydada baxılmasını, araşdırılmasını, cavablandırılmasını və
göndərilməsini (təqdim edilməsini) təmin etmək;
- Nazirlik tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin
iştirakını təmin etmək;
- təkliflər vermək, dövlət
sirriinin və xidməti məlumatların qorunmasını təmin etmək,
görülmüş işlərin nəticələri barədə
hesabatlar hazırlamaq və müəyyən olunmuş
vaxtda aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim etmək;
- Xidmətin fəaliyyəti ilə bağlı videoçarxların,
infoqrafikaların, poster, billboard və s. reklam məhsullarının hazırlanmasında iştirak etmək;
- tədbirlərinin təşkil edilməsi
və KİV-də yayımının təmin edilməsində iştirak etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, regionşünaslıq (regionlar üzrə), politologiya, hüquqşünaslıq, tarix, beynəlxalq münasibətlər, filologiya, jurnalistika, sosiologiya, sosial iş, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
-
Staj tələbi: 3 il ümumi iş stajı
-
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC2 |
Müsahibə elanının tarixi |
10.12.2020 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
11.01.2021 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 10 dekabr 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.