Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu B.Ağayev küçəsi 100 A
|
Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Struktur bölmə |
Audit şöbəsi, Daxili nəzarət sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
1020 |
Qulluq funksiyaları |
- Sektorun işinə rəhbərlik edir;
-
Şöbə müdirinin göstərişi ilə Nazirliyin
strukturlarından daxil olmuş və ya şöbə tərəfindən əldə edilmiş (o cümlədən,
nəzarət tədbirləri vasitəsilə), vətəndaş müraciətləri əsasında xidməti araşdırmalar
aparmaq, müvafiq fəaliyyət sahələri üzrə daxili nəzarət tədbirləri və
monitorinqlər həyata keçirmək və onların nəticələrini müvafiq qaydalara
uyğun olaraq şöbə rəhbərliyinə təqdim etmək;
-
Nazirliyin qurumlarının fəaliyyətinin normativ
hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
-
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun dövlət qulluqçusunun əsas vəzifələri və dövlət
qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair o cümlədən, Nazirliyin
strukturlarında çalışan əməkdaşlar barədə daxili nəzarət tədbirlərinin nəticələri
üzrə əmək və digər qanunvericilik aktlarının və şöbənin Əsasnaməsinin müddəalarının
tələblərinin pozulması hallarına dair xidməti yoxlamalar və araşdırmalar
aparmaq;
- Sektorun
«İllik hesabatı» nın və illik «İş planı» nın hazırlanmasının təmin edilməsinə
nəzarət etmək
-
Nazirliyin strukturlarında aparılan audit
yoxlamaları və monitorinq tədbirləri zamanı qanunvericiliyin tələblərinin
pozulması, habelə qanunvericiliyin düzgün tətbiq edilməməsi halları aşkar
olunduqda müvafiq tədbirlərin görülməsi və zərurət yarandığı hallarda
audit tədbirlərinin həyata keçirilməsi barədə məsələ qaldırmaq;
-
Nazirliyin strukturlarının fəaliyyətinə dair
keçirilmiş audit yoxlamaları və monitorinq tədbirləri və xidməti
araşdırmalar zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə onların
rəhbərlərindən, əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və
izahatlar almaq;
-
Nazirliyin əməkdaşlarının korrupsiya ilə əlaqədar
hüquqpozmaları üzrə müraciətləri ilə bağlı araşdırmaların aparılmasına nəzarət
etmək;
-
Sektorun işçilərinin əmək
fəaliyyətinə və etik davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
-
Sektora daxil olan məktub, ərizə, şikayət və təkliflərə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasına və
cavablandırılmasına nəzarət etmək:
-
Sektorun fəaliyyəti ilə bağlı mütəmadi olaraq
şöbə müdirinə məruzə etmək, arayış və hesabatlar təqdim etmək;
-
Dövlət qulluğu
haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etmək;
-
Sektorun
fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş
digər vəzifələrin yerinə yetirilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, ekologiya, ekologiya mühəndisliyi, hüquqşünaslıq ixtisasları üzrə ali təhsil
-
Staj tələbi: 4 il ümumi iş stajı
-
Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s, (orta-yüksək səviyyədə)
-
Xarici dil bilikləri: İngilis dili-B1;Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AB3 |
Müsahibə elanının tarixi |
10.12.2020 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
11.01.2021 18:00 |
Müsahibədə test imtahanından keçmiş və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilmiş namizədlər iştirak edə bilərlər.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir.
Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 10 dekabr 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müvafiq dövlət orqanına təqdim etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.