Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|