Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanına qeydiyyat

Xidmətdən istifadə qaydaları

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifi 30 AZN-dir. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanına qeydiyyat” xidmətinə keçmək və "Xidmətə keçid" linkinə keçmək lazımdır. Qeydiyyatdan keçən namizədlərin elektron poçtuna qeydiyyatdan keçmək barədə bildiriş (e-kabinetdə qeydiyyat zamanı göstərdiyiniz elektron poçt ünvanına) göndərilir. Bildirişin gəlmədiyi halda poçt yeşiyində “Spam” qovluğunu yoxlamaq lazımdır, əks halda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bildirişin gəlmədiyi barədə sorğu verə bilərsiniz.