Sistem tələbləri

Əməliyyat sistemi

Qeyd: Windows Əməliyyat Sistemləri Lisenziyaya malik olmalıdır. Bütün digər əməliyyat sistemlərindən istifadə qəti qadağandır.

Kompyuterin konfiqurasiyasından asılı olaraq tələb oluna bilər:

  1. Microsoft Expression Encoder 4
  2. Minimum .NET 4.5.2
  3. Visual C++ Redistributable for Visual Studio 2015-2019
Qeyd olunan proqramları Dövlət İmtahan Mərkəzinin portalından yükləyə bilərsiniz

Firewall

Korporativ şəbəkədə firewall (VPN daxil olmaqla) olan kompüterlərdən istifadə etməyin. İmtahandan əvvəl şəxsi kompüterinizdə proqramı test etməyi məsləhət görürük. İş kompüterlərində məlumatların uğurlu ötürülməsinin qarşısını ala biləcək məhdudiyyətlər ola bilər.

RAM

Minimum 4 GB və artıq

Ekran

Minimum: 1024 x 768 və 16-bit rəng palitrası. * Əlavə monitor quraşdırılması qadağandır

İnternet qoşulması

Optimal performans üçün etibarlı və sabit internet qoşulması tələb olunur. Sürətin minimum 2 Mb/s olması məsləhət görülür. Evdən imtahana qoşulursunuzsa evdəki digər şəxslərdən imtahan sessiyası zamanı internetdən istifadə etməmələrini rica edin. Mobil hotspot vasitəsilə internetə qoşulma qadağandır.

Vebkamera

Veb kamera minimum 640x480 10 fps olmalıdır. Veb kamera daxili (noutbuk üzərində) və ya xarici (kompüterə qoşulan) ola bilər.

Səs və mikrofon

Səs və mikrofonun Windows əməliyyat sistemində səssiz rejiminə qoyulmadığını yoxlayın.

Avadanlıq

Yalnız stolüstü kompüter və ya noutbuklardan istifadəyə icazə verilir. Mobil telefon, planşet və ya digər avadanlıqlardan istifadə qəti qadağandır.

Elektrik enerjisi

İmtahan zamanı noutbukun batareyasının tükənməməsi üçün imtahana başlamazdan əvvəl enerji mənbəyinə qoşulmanı təmin edin.