DÖVLƏT İMTAHAN MƏRKƏZİ 2018/2019-cu TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ TƏLƏBƏ QƏBULU ELAN EDİR

1. Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2018-ci il martın 29-dan aprelin 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur (bax: səh. 15-17, “Abitu­riyentin elektron ərizəsi” formasının doldurulma qay­dası və nümunəsi) və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər[*]. “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq (bax: səh. 12, “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat”). Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər (bax: səh. 13, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası) və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesab­larından çıxılır.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədi­yi­ni qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupu və xarici dili seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istə­diklərini qeyd etməyən abituriyentlər isə qeydiy­yatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bəndlər) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

1.1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 1-ci bənddə göstərilən müddətdə özləri təsdiq edirlər (bax: səh. 15-17, “Abitu­riyentin elektron ərizəsi” formasının doldurulma qay­dası və nümunəsi):

-   Azərbaycan Respublikasının ümumi təhsil  müəssisələrini cari ildə bitirən abituriyentlər;

-   Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

-   Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

-   2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qadın cinsli abituriyentlər.

1.2. Digər abituriyentlər tələb olunan sənədləri (bax: 2-ci bənd) təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

Azərbaycanda təhsil almış Azərbaycan Respub­likasının vətəndaşları (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla) ərizələrini aşağıdakı ünvanlarda yaradılmış SQK-larda təsdiq etdirirlər:

DİM-in Naxçıvan MR  Regional Bölməsi     (Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi

   (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi

   (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi

   (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi

   (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi

   (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi

   (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi
   (Bərdə ş., H. Əliyev prospekti, 88);

Bakı Dövlət Universiteti
(Bakı ş., Z.Xəlilov küçəsi, 23);

Azərbaycan Texniki Universiteti
(Bakı ş., H.Cavid prospekti, 25);

Azərbaycan Universiteti
(Bakı ş., C.Hacıbəyli küçəsi, 71);

Sumqayıt Dövlət Universiteti
(Sumqayıt ş., 43-cü məhəllə);

Bakı Dövlət Universitetinin Qazax filialı

  (Qazax ş., H.Əliyev prospekti, 150);

 

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini DİM-də və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər;

 Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Bakı Dövlət Universitetinin Qazax filialında (Qazax ş., H.Əliyev prospekti, 150) yara­dıl­mış SQK-da təsdiq etdirə bilərlər.

  1. Elektron ərizələrini SQK-larda təsdiq etdir­məli olan abituriyentlər SQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:

-    elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adını (şəxsiyyəti  təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN));                                                                    

-    tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini* (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı - “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na
 2 nömrəli əlavə**);

-    şəxsiyyətlərini təsdiq edən sənədin əslini:

     Azərbaycan Respublikasında ali təhsil müəssisələrini bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) həmin təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin dövlət hesabına (ödənişsiz) olub-olmamasını təsdiq edən arayışı (“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 3 nömrəli əlavə **);

-    hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

-    əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

  1. 1983-2000-ci il təvəllüdlü (2000-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin ça­ğırış yaşlı vətəndaşlarının hərbi sənədlərində müvafiq qeydiy­yat onların daimi yaşayış yerlərinin hərbi ko­mis­sarlıqları tərəfindən aparılır.

  1. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları mü­vafiq müsabiqə şərtlərini (bax: səh. 24-26) ödəyən abituriyentlər im­ta­hanların nəticəsi elan olunduqdan sonra V qrup üzrə 2018-ci il iyulun 6-dan 16-dək, I qrup üzrə isə iyulun 21-dən 24-dək eservices.dim.gov.az/erizebak/qabiliyyet inter­net səhi­fə­sinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 13, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası). “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq (bax: səh. 12, “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat”).

Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanında (V qrup üzrə 2018-ci il iyulun 23-dən avqustun 9-dək, I qrup üzrə 2018-ci il iyulun 30-dan avqustun 3-dək) iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilir (bax səh. 18-26, “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”) və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən (bax: səh. 24-26-də I və V qruplar üçün qabiliyyət imtahanı komissiyaları üzrə müsabiqə şərtləri təqdim edilən cədvəllərə) abituriyentlər seçə bilərlər.

I qrupda abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisasla yanaşı, digər ixtisasları da seçə bilərlər.

  1. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra 2018-ci il iyulun 29-dan avqustun 1-dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 13, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası). Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Qeydiy­yatdan keçən abituriyentlər qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

  1. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməklə (etdirməklə) yanaşı, müvafiq ali təhsil müəs­sisələrinin müəyyən etdikləri xüsusi prosedur­lardan keçməlidirlər (bax: Xüsusi təyinatlı ali təhsil müəs­sisələrinə qəbul elanları, “Abituriyent” jurna­lının 2018-ci il tarixli1-ci nömrəsi, səh. 161-172).

 

  1. Dövlət Gömrük Komitəsinin Akademiya­sında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

 

  1. Milli Aviasiya Akademiyasının I qrup ix­ti­sas­la­rı üzrə təhsil almaq istəyən abituriyentlər ərizə­lərində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” ixtisasına 23 yaşına çatmamış kişi cinsli abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühən­disliyi” ixtisasına isə 23 ya­şına çatmamış həm kişi, həm də qadın cinsli abi­turiyentlər ərizə verə bilərlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrini təsdiq etdikdən sonra Milli Aviasiya Akademiyasında xü­su­si tibbi və psixoloji mü­ayinə­­dən keçməlidirlər. Bu ixtisaslarda təhsil almaq istəyən abituriyentlər xüsusi tibbi müayinədən əlavə, “Psixofizioloji peşə seçimi”, “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət müsabiqələrindən keçmə­lidirlər.

  1. “ADA” Universitetində təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi” forması ilə yanaşı, “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldurmalıdırlar.

“ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar.

“ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan (esse tələb olunmur) və IELTS Academic üzrə minimum 6.0 və ya IBT üzrə minimum 75 balı olan abituriyentlər də buraxılacaqlar. “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”“İnformasiya texnologiyaları” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.   Qeyd olunan şərtləri ödəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müd­dət­də və qaydada “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etməklə yanaşı, 2018-ci il iyunun 15-dək SAT və IELTS Academic (və yaxud IBT) imtahanlarının nəticə­lərini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməlidirlər.

 

  1. Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühən­disliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrini təsdiq etdikdən sonra 2018-ci il aprelin 1-dən avqustun 3-dək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası”nda xü­su­si tibbi və psixoloji mü­ayinə­­dən keçməlidirlər.

 

  1. Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisası üzrə 15.09.2018-ci il tarixinədək 16 yaşı tamam olan, lakin 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müddətdə və qay­da­da elektron əri­zə­lərini təsdiq etdikdən (etdirdikdən) sonra 2018-ci il aprelin 1-dən etibarən Azərbaycan Tibb Univer­sitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəs­sisəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

 

  1. Bakı İslam Universitetinin “Dinşünaslıq” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixti­sa­slarına qəbul olmaq istəyən abituriyentlər III ixtisas qrupu üzrə qəbul imtahanında ən azı müvafiq olaraq, 100 və 200 bal topladıqları halda, imtahan nəticələri elan olunduqdan sonra 2018-ci il iyulun 29-dan 31-dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiy­yatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 13, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası). Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respubli­ka­sı­nın vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə Bakı İslam Universi­teti­nin “Dinşünaslıq” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisaslarının biri üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Qeydiy­yatdan keçən abituriyentlər qeydiyyatdan keçdiyi ixtisasa uyğun olaraq, Bakı İslam Universiteti və (və ya) Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiyalar tərəfindən aparılan qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanı­nın proqramı jurnalın 21-ci səhifəsində verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, uğurla keçdiyi qabiliyyət imtahanına uyğun olaraq, Bakı İslam Universitetinin “Dinşünaslıq” və (və ya) Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisaslarını da seçə bilərlər.

 

  1. Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur. Aşağıdakı cədvəldə hər bir ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin hansı xarici dildən imtahan verəcəyi göstərilir:

 

İxtisasların adları

Xarici dillər

Filologiya (Azərbaycan dili və ədəbiy­yatı)

 

Beynəlxalq münasibətlər

xarici dil seçiminə heç bir məhdudiyyət qoyulmur

Xarici dil müəllimliyi (alman dili)

 

Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)

 

Regionşünaslıq (Almaniya üzrə)

 

Filologiya (alman dili və ədəbiy­yatı)

alman və ya ingilis dili

Xarici dil müəllimliyi (fransız dili)

 

Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)

 

Regionşünaslıq (Fransa üzrə)

 

Filologiya (fransız dili və ədəbiyyatı)

fransız və ya ingilis dili

Regionşünaslıq (ərəb ölkələri üzrə)

ərəb və ya ingilis dili

Tərcümə (alman dili)

alman dili

Tərcümə (fransız dili)

fransız dili

digər ixtisaslar

ingilis dili

  1. Xəzər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” və “Tərcümə (ingilis dili)” ixtisasları üzrə təhsil almaq istəyən abituriyent­lər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

 

  1. Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Bərdə şəhərlərində keçirilir.

Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­lərinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə - 2018-ci ilin may və iyul aylarında keçirilir. Abi­turiyent­lər hər iki imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (tam orta təhsilini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran  abituriyentlər üçün) 2018-ci ilin iyul ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.

 

  1. Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituri­yentlər “Azərbaycan Res­publi­kasında dövlət dili haqqında” Azərbaycan Res­pub­li­kasının qanununa əsasən, Azərbaycan dili fənnindən test imtahanı verirlər. Azərbaycan dili fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2017-ci ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymət­lən­diri­lir. Bu imtahanda abituri­yentlərə 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

“Azər­baycan dili” fənnindən test imtahanı iki dəfə – 2018-ci il aprelin 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 10-da isə yalnız Bakı və Nax­çı­van şəhərlərində keçirilir. Aprelin 22-də keçiriləcək imtahanda iştirak etmək istəyən abituriyentlər aprelin 10-u saat 23:59-dək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini aprelin 11-dən 30-dək təsdiq edən abituriyentlər iyunun 10-da keçirilən imtahanda iştirak edirlər.

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün də ərizə verən abituriyentlər 2018-ci il aprelin 22-də ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, iyunun 10-da isə ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə Azərbaycan dilindən imtahanda iştirak edirlər. Birinci imtahanın nəticəsi yalnız ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı, ikinci imtahanın nəticəsi isə yalnız ali təhsil müəssisələri və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır.

2018-ci il aprelin 10-u saat 23:59-dək ərizələrini təsdiq edən abituriyentlər ilk imtahanda iştirak edə bilmədikləri və yaxud “qeyri-məqbul” aldıqları halda, təkrar imtahanda iştirak etmək üçün 2018-ci il mayın    18-dən 29-dək eservices.dim.gov.az/erizebak/azdili internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 13, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası).

 “Azər­baycan dili” fənni imtahanından “məq­bul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxıl­mır­lar.

 

  1. İmtahanlarda iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixlərdə internetdən hər bir imtahan üçün ayrıca «İmtahana buraxılış və­rəqəsi»ni çap edir.

Abituriyent imtahana gələrkən aşağıdakı sənəd­ləri özü ilə mütləq gətirməlidir:

- İmtahana buraxılış vərəqə­sini;

- Şəxsiyyətini təsdiq edən sənədin əslini:

 

  1. I-IV ixtisas qrupları üzrə imtahanda abituri­yentlərə ixtisas qrupları üzrə hər bir fəndən 25 test tapşırığı təqdim olunur. İmtahan fənlərinin siyahısı və balların hesablanma qaydası 11-ci səhifədə təqdim olunub. Hər ixtisas qrupunda üç fənn üzrə son 4 sual açıq formalı test tapşırıqlarıdır. İxtisas qrupları üzrə açıq formalı test tapşırıqları təqdim olunan fənlər aşağı­dakılardır:

I    

riyaziyyat, fizika, kimya;

II  

riyaziyyat, coğrafiya, qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili;

III

riyaziyyat, tarix, qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili;

IV

riyaziyyat, kimya, biologiya.

 

     Test tapşırıqlarının cavablandırılmasına ümu­milik­­də 3 saat vaxt ayrılır.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında abituriyentlər Azərbaycan və ya rus dili (qəbul imtahanının dilinə uyğun olaraq), riyaziyyat və xarici dil  fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fən­dən 30 test tapşırığı təqdim olunur. Test tap­şırıq­ları­nın cavablandırılmasına ümumilik­də 2 saat 15 dəqiqə vaxt ayrılır.

Buraxılış imtahanında tədris dili fənni üzrə imtahan verməyən cari ilin məzunları (tədris dili Azərbaycan dili və ya rus dili olmayan məktəblərin məzunları) V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda, buraxılış imtahanında digər fənlərlə yanaşı, ərizədə qeyd etdikləri qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili fənnindən imtahan verirlər. Rus dili fənnindən imtahan verən abituriyentlər “Azərbaycan Res­publi­kasında Dövlət dili haqqında” Azərbaycan Res­pub­li­kasının qanununa əsasən, 2018-ci il aprelin 22-də və ya iyunun 10-da Azərbaycan dili fənnindən test imta­hanı verməlidirlər.

 

  1. Abituriyentlərin ixtisas qrupları üzrə qəbul imtahanlarında topla­dıq­ları ballar elan olunduqdan sonra ali təhsil müəs­sisə­lərinə qəbul aparılan ixtisaslar üzrə internet vasitəsilə ixtisas seçimi aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin  2.1.3-cü bəndinə uyğun olaraq, müsabiqə şərtləri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə abituriyentin müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır.

Cari ildə I-IV ixtisas qruplarından iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Yalnız bir ixtisas qrupu üzrə iki dəfə imtahan verən abituriyent isə bu ixtisas qrupu üzrə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir:

 

I ixtisas qrupu üzrə:

-    Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

-    “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mü­hən­disliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geolo­giya”, “Elektronika, telekommunikasiya və radio­texnika mühən­dis­liyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili  fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

-    “Memarlıq” ixtisasının müsabiqəsində test imta­hanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir;

-    Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Torpaqşünaslıq və aqrokimya

Azərbaycan Dövlət Aqrar Universiteti

Lənkəran Dövlət Universiteti

Meşəçilik

Lənkəran Dövlət Universiteti

Qərbi Kaspi Universiteti

Aqronomluq

Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Naxçıvan Dövlət Universiteti

Texnologiya müəllimliyi

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

Qərbi Kaspi Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Mingəçevir Dövlət Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi

Qərbi Kaspi Universiteti

- Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqromühəndislik", "Balıqçılıq və balıqçılıq tə­sər­rü­fatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Me­liora­siya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

 

II ixtisas qrupu üzrə:

-    Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” uni­ver­siteti istisna olmaqla) “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­ver­si­teti və Bakı Mühəndislik Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili  fən­ni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

-    Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Marketinq

Gəncə Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan Universiteti

Xəzər Universiteti

"Odlar Yurdu" Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Qərbi Kaspi Universiteti

Bakı Avrasiya Universiteti

Biznesin idarə edilməsi

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Gəncə Dövlət Universiteti

Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Universiteti

"Odlar Yurdu" Universiteti

Qərbi Kaspi Universiteti

Bakı Biznes Universiteti

Xəzər Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Bakı Avrasiya Universiteti

Kommersiya

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə)

Qərbi Kaspi Universiteti

Xəzər Universiteti

Bakı Avrasiya Universiteti

Turizm və otelçilik

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

Xəzər Universiteti

"Odlar Yurdu" Universiteti

Naxçıvan Universiteti

III ixtisas qrupu üzrə:

-    Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

-    Dövlət ali təhsil müəssisələrinin (“ADA” Uni­versiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili  fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər buraxılır;

-    Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə mü­sa­bi­qəyə ümumi balı 100, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə isə mü­sa­bi­qəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur);

-    Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Naxçıvan Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Sosial iş

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Universiteti

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Azərbaycan Kooperasiya Universiteti

 

IV ixtisas qrupu üzrə:

- Müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə ingilis dili fənni üzrə attestat qiyməti “4” və ya “5” olan abituriyentlər buraxılır;

-    Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin mü­sa­bi­qəsinə ümumi balı 150-dən az olmayan abituri­yentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Baytarlıq

Lənkəran Dövlət Universiteti

Ekologiya

Lənkəran Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

 

-    Azərbaycan Dövlət Aqrar Universitetinin "Bay­tar­lıq", "Su bioehtiyatları və akvabitkilər", "Eko­lo­giya", "Əczaçılıq" ixtisaslarının və Naxçıvan Dövlət Universitetinin "Baytarlıq" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yer­lə­rinin müsabiqəsində ümumi balı 150-dən az ol­mayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).

I–IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdu­diy­yəti tətbiq olunmur (dövlət ali təhsil müəs­sisə­lə­rində tədrisi ingilis dilində olan, "Beynəlxalq mü­nasibətlər", "Regionşünaslıq (regionlar üzrə)" və "Tər­cümə (dillər üzrə)" ixtisasları üzrə xarici dil fənni istisna olmaqla). Bu şərt dövlət sifarişi əsasında ayrılan yerlər üzrə müsabiqəyə şamil olunmur.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qa­bi­liy­yət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı,  qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri “Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri” adlı cədvəldə verilmişdir (bax: səh. 24-26).

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər, ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Abituriyent yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədən keçməyən abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər ixtisaslar üzrə keçirilən müsabiqədə ümumi qaydada iştirak etmək imkanı verilir. 

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan Res­pub­lika­sının vətəndaşları aşağıdakı müsabiqə şərtlərini ödə­dikləri halda ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisasları üzrə müsabiqədə DİM tə­rə­findən keçirilən qəbul imtahanlarında müvafiq nə­ticə­lər əldə etmiş abituriyentlərlə yanaşı iştirak edə bilərlər:

-    SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə  ən azı 560 bal) və IELTS imtahanından ən azı 6.0 bal  nəticə əldə etdikləri halda;

-    SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə  ən azı 560 bal) və TOEFL İBT imtahanından ən azı 75 bal nəticə əldə etdikləri halda.

-    SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə  ən azı 560 bal) və PTE Academic imtahanından ən azı 50 bal nəticə əldə etdikləri halda.

 

  1. Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisasları üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal);

-   qəbul imtahanının əsas fənləri (səh. 9-dakı cədvələ bax) üzrə nisbi balların cəmi;

-   qəbul imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi;

-   qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini (səh. 9-dakı cədvələ bax) nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

-   qəbul imtahanının bütün fənləri üzrə bütövlükdə düzgün cavabların sayı;

-   qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

 

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətlən­diri­lən ixtisasları üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

-   abituriyentin qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi bal;

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   riyaziyyat fənni üzrə balın miqdarı;

-   Azərbaycan dili və ya rus dili fənni üzrə balın miqdarı.

 

Ali  təhsil müəssisələrinin V ixtisas qrupunda qa­biliy­yət imtahanlarının nəticələri məqbulla qiymət­ləndirilən ixtisasları üzrə müsabiqə abituriyentin  qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıl­lıqla əlavə göstəricilərdən istifadə edilir:

-   təhsil haqqında sənədə (attestata) “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya” fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-   riyaziyyat fənni üzrə balın miqdarı;

-   Azərbaycan dili və ya rus dili fənni üzrə balın miqdarı.

 

  1. Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar DİM tərəfindən yaradılan Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Apelyasiya Komissiyasına abituriyent şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət etməlidir.

 

  1. Qəbul kampaniyası dövründə abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

 

Abituriyentin 22-ci bənddə göstərilən hərəkətlərə yol verməsi halları DİM tərə­findən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

 

Balların hesablanma qaydası

 

I-IV ixtisas qrupları üzrə

 

abituriyentin ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar aşağıdakı cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır:

NB = NBq + NBa

NB – fənn üzrə nisbi bal, NBq – qapalı formalı test tapşırıqları üzrə nisbi bal,
NBa – açıq formalı test tapşırıqları üzrə nisbi baldır.

 

NBq = 4 x Dq – Yq  (hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0  götürülür),

Dq – qapalı formalı test tapşırıqları üzrə doğru cavabların, Yq – qapalı formalı test tapşırıqları üzrə yanlış cavabların sayıdır.

 

NBa = 4 x Da  (açıq formalı test tapşırıqları tətbiq olunmayan fənlər üzrə NBa=0 götürülür),

Da – açıq formalı test tapşırıqları üzrə doğru cavabların sayıdır.

 

Abituriyentin hər hansı bir ixtisas qrupu üzrə imtahan balı hesablanarkən fənlər üzrə toplanmış nisbi ballar həmin fənnin əhəmiyyətlilik dərəcəsindən asılı olaraq müəyyən çəki əmsallarına vurulmaqla cəmlənir. Bunun üçün iki növ çəki əmsalından (“2” və “1”) istifadə edilir. Aşağıdakı cədvəldə ixtisas qrupları üzrə imtahan fənlərinin çəki əmsalları gös­tərilir:

 

İMTAHAN FƏNLƏRİ VƏ ONLARIN İXTİSAS QRUPLARI ÜZRƏ ÇƏKİ ƏMSALLARI

İMTAHAN

FƏNLƏRİ

İXTİSAS QRUPLARI VƏ MÜVAFİQ ÇƏKİ ƏMSALLARI

I QRUP

II QRUP

III QRUP

IV QRUP

Azərbaycan və ya rus dili

1 (4)

1 (3)

2 (1)

1 (4)

Ədəbiyyat

 

 

1 (3)

 

Riyaziyyat

2 (1)

2 (1)

1 (5)

1 (5)

Fizika

2 (2)

 

 

1 (3)

Kimya

1 (3)

 

 

2 (2)

Biologiya

 

 

 

2 (1)

Tarix

 

 

2 (2)

 

Azərbaycan tarixi

 

1 (5)

 

 

Coğrafiya

 

2 (2)

 

 

Xarici dil

1 (5)

1 (4)

1 (4)

 

QEYD: Cədvəldə mötərizədə göstərilmiş rəqəm fənnin üstünlük dərəcəsini göstərir. Hər bir ixtisas qrupunda çəki əmsalı “2”-yə bərabər olan imtahan fənləri əsas fənlər hesab olunur.

 

İxtisas qrupları:    – riyaziyyat, fizika, mühəndislik, memarlıq və aqrar ixtisasları;
II  – iqtisadiyyat və idarəetmə, beynəlxalq münasibətlər, sosiologiya, regionşünaslıq (regionlar
       üzrə) və coğrafiya ixtisasları;
III – humanitar və pedaqogika ixtisasları;
IV – tibb, kimya, biologiya, psixologiya və aqrar ixtisasları.

 

V ixtisas qrupu* üzrə

abituriyentin ümumi balı onun buraxılış imtahanı fənləri üzrə doğru cavabların sayının cəminə bərabər götürülür.

 

Ali təhsil müəssisələrinin ixtisaslarının qruplar üzrə siyahısı “Abituriyent” jurnalının 2018-ci il 1-ci nömrəsinin 8-9-cu səhifələrində və DİM-in eservices.dim.gov.az/erizebak/erize internet ünvanında verilmişdir.

                                                                                                                

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat

 

           İmtahan (müsabiqə)

 

Kontingent

V ixtisas qrupu üzrə qəbul imtahanı

Bir komissiya üzrə qabiliyyət imtahanı

(ixtisas qrupundan asılı olmayaraq)

I-IV ixtisas qruplarından biri üzrə ilk imtahan

Rus bölməsi üçün Azərbaycan dili fənni üzrə ilk imtahan

Cari ilin məzunları  və cari ildə eksternat qaydasında tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyada iştirak edənlər

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi heç vaxt müraciət etməyən (və ya müraciəti müəyyən edilməyən) əvvəlki illərin məzunları

dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

a) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etmədiyi halda dövlət büdcəsinin vəsaiti hesabına

dövlət büdcəsinin vəsaiti hesabına

b) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etdiyi halda öz hesabına

Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi ən azı bir dəfə müraciət edən əvvəlki illərin məzunları

öz hesabına

öz hesabına

öz hesabına

öz hesabına

 

QEYD 1:  Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının birincisində iştirak edən bütün abituriyentlər üçün istisnasız olaraq ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir.

 

QEYD 2: Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ilk dəfə müraciət edən və cari ildə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ərizələrini aprelin 10-u saat 23:59-dək təsdiq edib Azərbaycan dili fənni üzrə ilk imtahanda iştirak etmədiyi və yaxud “qeyri-məqbul” aldığı halda, Azərbaycan dili fənni üzrə 10 iyundakı ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir. 

 

QEYD 3: “Şəxsi kabinet”inizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. “Şəxsi kabinet”inizin hesabına köçürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı  tutulacaq.

 

QEYD 4: Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi  müəyyən edilmişdir:

 

Xidmətlərin adı

Ölçü vahidi

Tarif*

(ƏDV-siz, manat)

Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı

1 iştirak üçün

40

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Bakı İslam Universitetinin “Dinşünaslıq”, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

30

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili üzrə test imtahanı

1 iştirak üçün

10

* Bu qiymətlərdən ƏDV tutulmur.

 

“ŞƏXSİ KABİNET”İN YARADILMASI VƏ İSTİFADƏ QAYDASI

 

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet”in pul hesabında olan vəsait DİM tərəfindən göstərilən xidmətlər üçün sərf olunur.

“Şəxsi kabinet” yaratmaq üçün istifadəçi:

  1. ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib “Şəxsi kabinet yarat” düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edildikdə, ekranda istifadəçinin soyadı, adı, atasının adı və digər məlumatları əks olunur;
  2. İstifadəçiyə müvafiq sahələrə mobil telefon nömrəsini və elektron poçt ünvanını daxil etmək təklif olunur. Bu məlumatların bildirilməsi məcburi deyil, lakin zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) istifadə oluna bilər;
  3. Gələcəkdə “Şəxsi kabinet”ə daxil olmaq üçün istifadəçi müəyyən tələblərə riayət edərək parol (parolu unutmayın və məxfi saxlayın) təyin etməli və onu müvafiq sahələrə daxil edib "Yadda saxla" düyməsini basmalıdır. Nəticədə, sistem tərəfindən kabinetə unikal nömrə təyin edilir. Kabinetin nömrəsi xidmətlərdən istifadə edilən zaman tələb oluna bilər;

İstifadəçi “Şəxsi kabinet”ini menyudan aşağıdakı elementləri seçməklə idarə edə bilər:

Şəxsi məlumatlar. Menyudan bu elementi seçdikdə istifadəçinin şəxsiyyətini təsdiq edən sənəddə əks edilmiş məlumatlar ekrana ötürülür. Kabinet yaradılandan sonra istifadəçi şəxsiyyəti təsdiq edən yeni sənəd alıbsa, o, "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidir;

Əlaqə məlumatları. Bu səhifədə istifadəçi ev telefonunu, mobil telefon nömrələrini və elektron poçt ünvanını daxil edir. Bu məlumatların bildirilməsi məcburi deyil, lakin zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) onlardan istifadə oluna bilər;

Parolu dəyiş. İstifadəçi bu elementi seçib parolunu yenisi ilə əvəz edə bilər;

Hesab. Bu səhifəyə daxil olaraq istifadəçi aşağıdakı əməliyyatları həyata keçirə bilər:

-   Məbləğin hesaba əlavə edilməsi. “Şəxsi kabinet”in sahibinin şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilməklə elektron üsulla əldə edilmiş, lakin onun hesabına əlavə edilməmiş məbləğin hesaba əlavə edilməsi iki müxtəlif üsulla həyata keçirilə bilər.

     Birinci üsul. “Şəxsi kabinet”in hesabına əlavə edilməmiş məbləğlər, müvafiq ödəniş kodları və digər məlumatlar ekranda siyahı şəklində öz əksini tapır. Cədvəlin hər bir sətrində "Məbləği hesabıma əlavə et" düyməsi göstərilir. Bu düymədən istifadə etməklə müvafiq məbləği hesaba əlavə etmək olur.

     İkinci üsul. Elektron üsulla əldə edilmiş istənilən ödəniş kodu müvafiq sahəyə daxil edilir və "Məbləği hesabıma əlavə et" düyməsindən istifadə edilir;

-   Hesaba əlavə edilmiş məbləğlər. Menyunun bu elementi seçildikdə indiyədək hesaba əlavəetmə əməliyyatlarına dair məlumatlar (ödənişin kodu, məbləğ, tarix və saat) səhifədəki siyahıda öz əksini tapır;

-   Hesabdan istifadələr. Hesabdakı vəsait DİM tərəfindən göstərilən müxtəlif xidmətlərin haqqının ödənilməsi üçün istifadə edilir. Bu funksiya seçildikdə hesaba əlavə edilmiş vəsaitin nə zaman və hansı təyinatla istifadə edildiyini əks etdirən məlumatlar siyahı şəklində təqdim olunur;

-   Digər şəxsin hesabına vəsait köçürmə. İstifadəçi öz hesabından başqa “Şəxsi kabinet” istifadəçisinin hesabına vəsait köçürmək üçün həmin “Şəxsi kabinet”in nömrəsini, köçürmək istədiyi məbləği və öz parolunu müvafiq sahələrə daxil edib "Davam et" düyməsini basmalıdır;

-   Sınaq imtahanı üçün ödəmə kartlarının alınması. Sınaq imtahanına yazılmaq  üçün nəzərdə tutulmuş ödəmə kartını (seriya nömrəsi və parol) əldə etmək üçün istifadəçi sınaq imtahanının növünü ("Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı", "Magistratura səviyyəsi üzrə sınaq imtahanı" və s.) seçir, öz parolunu müvafiq sahəyə daxil edir və "Kartı al" düyməsini basır. Nəticədə, hesabdan müvafiq məbləğdə vəsait silinir və istifadəçiyə ödəmə kartının məlumatları (seriya nömrəsi və parol) təqdim olunur.

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ VƏ TAM ORTA TƏHSİL BAZASINDA

ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLMAQ ÜÇÜN

ELEKTRON ƏRİZƏ VERƏN ABİTURİYENTİN TƏLİMATI

 

Abituriyent:

ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaradır (bax: səh. 13  “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası);

-   eservices.dim.gov.az/erizebak/erize internet səhifəsinə daxil olur, “Abituriyent üçün giriş” bölməsində “Şəxsi kabinet”in istifadəçi adı və parolunu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır;

-   ekranda abituriyentə aid məlumatlar “Şəxsi məlumatları”, “Əlaqə məlumatları”, “Təhsil məlumatları” və “Elektron ərizə” bölmələri altında göstərilir. “Şəxsi məlumatları”, “Əlaqə məlumatları” bölmələrində abituriyentin şəxsi kabinetindəki məlumatlar əks olunur.

Abituriyent elektron ərizəsini təsdiq etdirmək üçün SQK-ya iki halda müraciət edir:

-   DİM-in məlumat bazasında abituriyent barədə kifayət qədər məlumatlar olmamadıqda;

-   oğlan abituriyentlərin hərbi xidmətdən  möhlət hüquqlarının olması barədə məlumatları informasiya sistemləri vasitəsilə əldə etmək mümkün olmadıqda.

Digər abituriyentlər elektron ərizələrini özləri onlayn şəkildə təsdiq etməlidirlər. Abituriyentə elektron ərizəyə daxil olarkən elektron ərizənin hansı üsulla təsdiq oluna bilməsi haqqında məlumat verilir.

Ərizənin hər bir bölməsindəki məlumatların təsdiq olub-olmaması, bölmə başlığındakı qeyd işarəsinin yaşıl və ya qırmızı olması ilə seçilir. Abituriyent məlumatları təsdiq olunmayan bölmələri doldurmalı və yadda saxlamalı, məlumatların doğruluğuna əmin olduqdan sonra “Təsdiq et” düyməsini basmaqla onları təsdiq etməlidir.

Diqqət tələb edən əsas bölmələrdən biri də test imtahanı haqqında məlumatlar bölməsıdir. Bu bölmədə abituriyent üç istiqamət üzrə müsabiqədən (test imtahanından) birini və ya bir neçəsini seçə bilər:

  1. Alı təhsil müəssisəsinin I-IV ixtisas qrupu üzrə test imtahanında iştirak etmək istəyirəm;

    -  “Yaz / Yay imtahanının məlumatları”  böləsində abituriyent yaz və ya yay sessiyasında keçiriləcək test imtahanında iştirak etmək istəyirdiyini seçirəm,

(yazda keçiriləcək test imtahanında iştirak etmək istəyini bildirən abituriyentlər yay imtahanında iştirak etmək üçün əlavə ödəniş etməklə 17 may – 14 iyun tarixlərində   qeydiyyatdan keçməlidirlər.)

  1. Alı təhsil müəssisəsinin V ixtisas qrupu üzrə müsabiqədə (test imtahanında) iştirak etmək istəyirəm;
  2. Tam orta təhsil bazasında orta ixtisa stəhsili müəssisələri üzrə müsabiqədə (test imtahanında) iştirak etmək istəyirəm.

Abituriyentin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün müraciətinin  ilk dəfə olub-olmamasından, iştirak etmək istədiyi müsabiqələrin (imtahanların) növündən və sayından asılı olaraq, tələb olunan xidmət haqqının məbləği barədə məlumat elektron ərizədə göstərilir. Ərizəni təsdiq edərkən tariflər və onların ayrı-ayrılıqda dövlət və ya abituriyent tərəfindən ödənilməsi haqqında məlumat bir daha abituriyentə çatdırılır. Abituriyent “Razıyam, ərizəni təsdiq et” düyməsini basmaqla ərizəni təsdiq edə və ya “İmtina” düyməsini basmaqla elektron ərizənin təsdiq olunmasını sonraya saxlaya bilər. Şəxsi kabinetinin hesabında təsdiq üçün kifayət qədər vəsait olmayan abituriyentlər ilk olaraq hesablarını artırmalıdırlar. Təsdiq etdikdən sonra elektron ərizəni çap etmək lazımdır. Əgər “Çap et” düyməsi passiv olarsa, deməli elektron ərizə təsdiq olunmayıb.

Diqqət! Elektron ərizənin doldurulması və təsdiqi ilə bağlı abituriyentlərin aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri tövsiyə olunur:

Abituriyent “Şəxsi kabinet”in hesabına vəsait qoymazdan əvvəl elektron ərizədə onun təsdiq edilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasını müəyyən etməli, yalnız bundan sonra tələb olunan məbləği “Şəxsi kabinet”in hesabına əlavə etməlidir.

Ərizəni doldurduqdan sonra məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədilə “Çıx” düymə­sini basmaq lazımdır.

Elektron ərizəsinin təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

[*] I-IV ixtisas qrupları üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər.

*    Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər tam orta təhsil haqqında sənədi və ya attestat qiymətləri göstərilən arayışı təqdim etmirlər:

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;

-Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;

- 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib, onu təsdiq etdirmiş abituriyentlər.

 

**  “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 2 və 3 nömrəli əlavələri eservices.dim.gov.az/erizebak/erize internet ünvanından əldə etmək olar.

*  xüsusi qabiliyyət tələb edən mədəniyyət və incəsənət, bədən tərbiyəsi və idman, dizayn ixtisasları