DÖVLƏT İMTAHAN MƏRKƏZİ 2021/2022-ci TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ORTA İXTİSAS  TƏHSİLİ

MÜƏSSİSƏLƏRİNƏ TAM ORTA TƏHSİL BAZASINDA TƏLƏBƏ QƏBULU ELAN EDİR

1.Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

Orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

 

2. Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 8-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

 

3. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

 

4. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

-       Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-       şəhid ailəsinin üzvləri;

-       valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-       məcburi köçkün statusu olan şəxslər;

-       I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Azərbaycan Respublikası Prezidentinin 2021‑ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlər elektron ərizələrini təsdiq etməzdən (etdirməzdən) əvvəl DİM-in internet səhifəsində eyni adlı qeydiyyat sistemində qeydiyyatdan keçməlidirlər (ekabinet.dim.gov.az/pSerencam2635.aspx).

 

5. Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2020-ci ildə qəbul imtahanında iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına  əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir.

 

Tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 8-dək internet vasitəsilə aparılır. Ərizələrin təsdiqi abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla aparılır. Ərizəsini təsdiq etməyən (etdirməyən) abituriyent müsabiqəyə buraxılmır.

 

6. Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 6.1 və 6.2-ci bənd) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

6.1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 2-ci bənddə göstərilən müddətdə özləri təsdiq edirlər:

-  Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;

-  Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;

-  Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;

-  2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər.

6.2. Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini  müvafiq SQK-larda təsdiq etdirirlər.  SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10-dan 17-dək fəaliyyət göstərirlər:

DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:

-  Bakı ş, Yasamal r, Mikayıl Müşfiq küç., 1M

-  Bakı ş, Nəsimi r, Abdulvahab Salamzadə küç., 28

-  Bakı ş, Nərimanov r, Koroğlu Rəhimov küç., 108A

DİM-in Naxçıvan MR  Regional Bölməsi           

(Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi

    (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi

    (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi

    (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi

    (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi

    (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi

    (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi
    (Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi

  (Şəmkir ş., Bakı - Qazax şosesi, İnzibati bina –“west gate”).

6.3. Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər (elektron ərizələrinin iş nömrələrini bildirməklə) SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

-             şəxsiyyəti təsdiq edən sənədin əslini:

·      Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini;

·      əcnəbilər icazə vəsiqələrini (və ya) pasportlarını;

·      vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri;

·      Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;

·      qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

-      tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini[1] (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı - "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları"na 1 nömrəli əlavə*);

-    Azərbaycan Respublikasında orta ixtisas təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə orta ixtisas təhsili müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisəsi tərəfindən verilən və orta ixtisas təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı ("Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları"na 2 nömrəli əlavə *);

-  əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

 

 

Qeyd: Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti 01 yanvar 2021-ci il tarixə qədər bitmiş olan abituriyentlər ərizə vermək üçün yeni şəxsiyyət vəsiqəsi almalıdırlar.

 

7.  Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

Elanın 3-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin cari ildə seçdikləri (qeydiyyatdan keçdikləri) ilk komissiya üzrə, 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə seçdikləri (qeydiyyatdan keçdikləri) bütün komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçir və müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanı verirlər.

 

Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə DİM tərəfindən elan olunacaq müddətdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir və imtahanların nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

2021/2022-ci tədris ili üçün Kinooperator” ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək. Bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul (buraxılış) imtahanında topladıqları bal əsasında qatılacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imatahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının ikinci sayında təqdim olunur. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər əksini tapır.

 

8. Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. İmtahan fənləri üzrə  tapşırıqların strukturu aşağıdakı kimidir:

Xarici dil

-      Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;

-      Qapalı tipli 16 tapşırıq;

-      Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Azərbaycan (rus) dili

-      Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

-      Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.

Riyaziyyat

-      Qapalı tipli 13 tapşırıq;

-      Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;

-      Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Qəbul imtahanında abituriyentlərin toplaya biləcəkləri maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. Səhv cavablar düz cavabların nəticəsinə təsir etmir. İmtahanın müddəti 3 saatdır.

 

Abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər  və müsabiqədə bu üç fəndən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

 

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur. Həmin nəticələr əsasında abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda cari və növbəti tədris ilində orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, 2020-ci ildə qəbul (buraxılış) imtahanında iştirak edən və imtahanda topladığı balı bu ilki müsabiqə şərtlərini ödəyən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanında iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. İmtahanda iştirak etdiyi halda isə  müsabiqəyə hansı imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi zamanı özü müəyyən edir. 2020-ci ildəki qəbul (buraxılış) imtahanının nəticəsinə əsasən cari ildə müsabiqədə iştirak etmək istəyənlər elanın 2-ci bəndində göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməlidirlər (etdirməlidirlər).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.

 

9. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər  və müsabiqədə Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat xarici dil fənlərindən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin aşağıdakı xüsusi hallarda bu abituriyentlər əlavə olaraq DİM tərəfindən elan olunacaq tarixdə əlavə olaraq bəzi fənn və yaxud fənlərdən imtahan verirlər. Bu zaman onlar hər əlavə imtahan üçün ödəniş edirlər. Ödəniş etmək üçün abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

-         Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər.

-         Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə uyğun olaraq ərizənin “Test imtahanı verəcəyi dil (Bölmə)” bölməsində Azərbaycan və ya rus dilini seçirlər.

-          Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni üzrə imtahan vermək istəyən məzunlar müsabiqədə iştirak etmək üçün həmin xarici dildən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər.

-          Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları istədikləri halda qəbul imtahanında xarici dil fənni üzrə imtahan verə bilərlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər. Qeyd olunan kateqoriyadan olan məzunlar xarici dil fənnindən imtahan vermək istəmədikləri halda "Abituriyentin elektron ərizəsi" formasını  doldurarkən “Xarici dil” bölməsində “Xarici dildən imtahan vermək istəmirəm” bəndini seçirlər. Bu zaman onların imtahandan toplaya biləcəkləri maksimal ümumi balları iki fənn (Azərbaycan və ya rus dili və riyaziyyat) üzrə toplanan balların cəmlənməsi əsasında müəyyənləşməklə 200 bal təşkil edir.

 

10. Qəbul imtahanında iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixdə internetdən “İmtahana buraxılış vərəqəsi”ni çap edir.

Abituriyent imtahana gələrkən aşağıdakı sənədləri özü ilə mütləq gətirməlidir:

-                İmtahana buraxılış vərəqəsini (həmçinin “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni);

-                Şəxsiyyəti təsdiq edən sənədin əslini:

·               Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini;

·               əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;

·               vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini və ya icazə vəsiqələrini;

·               Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;

·               qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

-                 Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli (fotoşəkil son 3 ayda çəkilmiş olmalıdır, fotoşəklin üzərinə təhsil müəssisəsinin möhürü vurulmalıdır) arayışı (Əlavə 1).

 

İmtahana bir neçə gün qalmış abituriyent internet vasitəsilə şəxsi kabinetinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edir və imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, tələb olunan sənədləri də mütləq özü ilə gətirir.

 

 

11. Əlilliyi olan abituriyentlər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Bu abituriyentlər imtahana 14 gün qalmış əlilliyi təsdiq edən sənədlərin əslini DİM-ə və ya onun regional bölmələrinə təqdim etməli, və ya sənədlərin skan olunmuş surətini onlayn qaydada Mərkəzin elektron poçtuna göndərməlidirlər.

 

12. Abituriyentlər müəyyən olunmuş müddətdə imta­han nəticələri ilə əlaqədar elektron ərizə dolduraraq qeydiyyatdan keçməklə DİM tərəfindən yaradılan Apel­lyasiya Komissiyasına müraciət edə bilərlər. Apel­lyasiya Komissiyası onlayn şəkildə fəaliyyət göstərir. Abituriyentlər qeydiyyatdan keçərkən hansı şəkildə ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesində iştirak edəcəklərini bildirirlər.

 

13. Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “Azərbaycan dili (dövlət dili kimi)” fənnindən imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymət­lən­diri­lir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda iştirak ödənişlidir. Elanın 3-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin bir cəhd üzrə, 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə bütün cəhdlər üzrə (birdən çox cəhd olduğu halda) “Azərbaycan dili (dövlət dili kimi)” imtahanında  iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri “Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanı üzrə nisbi balı ən azı 50 olduqda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahanda nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və qəbul imtahanı çərçivəsindəAzərbaycan dili (dövlət dili kimi)” fənnindən yenidən imtahan verirlər.

 

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “Azərbaycan dili (dövlət dili kimi)” fənnindən imtahan verirlər. İmtahandan “məqbul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.

 

“Azər­baycan dili (dövlət dili kimi)” fənni imtahanından “məq­bul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxıl­mır­lar.

 “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2020-ci ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

 

14. İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabi­qəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi”  ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituri­yent­lər iştirak edə bilərlər (bax: “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayı).

 

 

İxtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

 

 

 

 

 

 

15. Müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir:

-          təhsil haqqında sənədə (attestata) "Tədris dili", "Ədəbiyyat", "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

-          riyaziyyat fənni üzrə imtahan balı.

-          Azərbaycan (rus) dili fənni üzrə imtahan balı;

Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

 

16. Qəbul kampaniyası dövrü abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

- saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

- imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

- yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;

- səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

- başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

- nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

- cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

 

17.  Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

 

 

 

Balların hesablanma qaydası

 

Abituriyentlərin qəbul imtahanında toplaya biləcəkləri maksimal bal 300-dür. Cari ilin məzunları üçün qəbul imtahanının nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.

 

Qəbul imtahanının (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) fənləri, tapşırıqların sayı və balların hesablanma qaydası

 

Qəbul imtahanında şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.

 

Fənnin adı

Tapşırıqların sayı

Nisbi balın hesablanması düsturu

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb və ya
fars dili)

-          Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;

-          Qapalı tipli 16 tapşırıq;

-          Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq:  qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Cəmi: 30 tapşırıq

 

Maksimal bal: 100

Azərbaycan (rus) dili

-          Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

-          Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq: qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq (cəmi 20 tapşırıq).

Cəmi: 30 tapşırıq

 

Maksimal bal: 100

Riyaziyyat

-          Qapalı tipli 13 tapşırıq;

-          Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;

-          Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Cəmi: 25 tapşırıq

 

Maksimal bal: 100

 

İmtahan üzrə toplanıla bilən maksimal ümumi bal: 300

 

Qeyd: 1. nd(açıq, kod) - cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi;

                nd(qapalı) - qapalı tipli tapşırıqlar üzrə balların cəmi;

                nd(açıq, yazılı) - yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.

 

  2. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab
 1 balla qiymətləndirilir.

  3. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında
  0,
,  ,  və ya 1 balla qiymətləndirilə bilər.

 

Abituriyentin qəbul imtahanı (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 

 

 

 

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi müəyyən edilmişdir:

 

Xidmətlərin  adı

Ölçü vahidi

Tarif*

(ƏDV-siz, manat)

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanı

1 iştirak üçün

20

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən

ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı

1 iştirak üçün

20

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə  imtahan (ali təhsil müəssisələri tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün)

1 iştirak üçün

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının (9-cu bənddə göstərilən hallarda) əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus  dili fənnindən imtahan

 

1 iştirak üçün

 

10

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı

 

1 iştirak üçün

 

10

 

* Bu qiymətlərdən ƏDV tutulmur.

 

 

QEYD 1: Şəxsi kabinetinizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. Şəxsi kabinetinizin hesabına köçürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı tutulacaq.

 

QEYD 2: Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı həmin abituriyentlərin hesabına həyata keçirilir.



[1] Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər tam orta təhsil haqqında sənədi və ya attestat qiymətləri göstərilən arayışı təqdim etmirlər:

-    Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;

-    Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;

-           2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib, onu təsdiq etdirmiş abituriyentlər.