Bu sistem ADA universitetinə SAT imtahanının nəticəsi əsasında qəbul olmaq istəyən abituriyentlərin onlayn qeydiyyatı üçün nəzərdə tutulub. Qeydiyyatdan keçməzdən əvvəl elanın mətni ilə tanış olun:
ADA Universitetinin ixtisaslarının müsabiqəsində beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, o cümlədən xarici dil üzrə IELTS Academic, TOEFL iBT, PTE və ya Duolingo English Test imtahanlarından biri üzrə müvafiq nəticəsi olan abituriyentlər də buraxılır. IELTS Academic üzrə minimum bal tələbi 6.0, TOEFL iBT üzrə 75, PTE üzrə 50, Duolingo English Test imtahanı üzrə isə 95 baldır.
Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik və elektronika mühəndisliyi və Riyaziyyat ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.
Qeyd olunan şərtləri ödəyən və ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizəsi olan abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada qeydiyyatdan keçirlər:
Qeyd: ADA Universitetinin Hüquqşünaslıq ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.