DÖVLƏT İMTAHAN MƏRKƏZİ

2018/2019-cu TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN VƏ AMEA-nın MAGİSTRATURALARINA QƏBUL

"Bakalavrın elektron ərizəsi" səhifəsinə xoş gəlmisiniz
Bu sayt 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd vermək istəyən bakalavrlar üçün sistemə giriş səhifəsidir. Səhifədən istifadə qaydaları və digər köməkçi vasitələr ilə tanış olmaq üçün aşağıdakı linklərdən istifadə edin. 
Bakalavrların nəzərinə!
Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında əldə edilmiş razılığa əsasən, magistraturaya 56 nömrəli qəbul proqramına aid olan Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri üzrə) və Biznesin təşkili və idarə edilməsi (iqtisadi informatika, tədris ingilis dilində) ixtisaslaşmalarına qəbul olmaq istəyən, cari ildə magistraturaya qəbul imtahanının I mərhələsində 40 və daha artıq bal toplamış bakalavrlara həmin proqramı seçməyə icazə vermək qərara alınmışdır. Həmin ixtisaslaşmalardan tədrisi ingilis dilində aparılanlarını seçmək üçün isə I mərhələ üzrə minimum 40 bal toplamaqla yanaşı, ingilis dili üzrə 15 və daha artıq bal toplamaq da tələb olunur.

Təsdiq edilmiş ərizələrin sayı:
Azərbaycan bölməsi - 7629; rus bölməsi - 713; cəmi - 8342 (o cümlədən qabiliyyət: 158)