DÖVLƏT İMTAHAN MƏRKƏZİ

2023/2024-cü TƏDRİS İLİ ÜÇÜN BAZA ALİ TİBB TƏHSİLİ ƏSASINDA REZİDENTURAYA QƏBUL

Diqqət! 'Namizədin  elektron ərizəsi'ndə  ixtisasların seçimi və təsdiqi prosesi 22.08.2023 23:59 tarixində başa çatacaq. Müsabiqəyə yalnız 'Namizədin  elektron ərizəsi'ndə  ixtisasları seçmiş və  təsdiq etmiş namizədlər buraxılacaq.
"Namizədin elektron ərizəsi" səhifəsinə xoş gəlmisiniz
Bu sayt 2023/2024-cü tədris ilində Azərbaycan Respublikasında ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya sənəd vermək istəyənlər üçün sistemə giriş səhifəsidir. Səhifədən istifadə qaydaları və digər köməkçi vasitələr ilə tanış olmaq üçün aşağıdakı linklərdən istifadə edin. 

Hərbi Tibb Fakültəsinin tələbə və məzunlarının nəzərinə!
SİZ baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırsınız. Nəzərinizə çatdırırıq ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına (II mərhələ) yalnız müsabiqədə iştirak hüququ qazanmış və hərbi tibb fakültəsində qeydiyyatdan keçmiş namizədlər iştirak edə biləcəkdir.

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ
1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;
2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən olunmuş vaxtda (bax: səh. 1, bənd 2) qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, № 1, 2023, səh. 2).
3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya təqdim etməklə qeydiyyatdan keçdikdən sonra (bax: səh. 1, bənd 2) buraxılacaqlar.
4. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.


Diqqət! Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakultəsini bitirənlər istisna olmaqla) əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı, bənd: 2.4)
SİZ elektron ərizəni təsdiq etdiyiniz andan qeyd edilmiş bu öhdəliyə razılıq vermiş hesab olunursunuz.

DİQQƏT: Rezidenturada ikinci dəfə təhsil almaq istəyənlərin nəzərinə!
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rezidenturada ikinci dəfə təhsil ödənişli əsaslarla həyata keçirilir.

İxtisas seçimi etmiş namizədlərin sayı:
Azərbaycan bölməsi - 610; rus bölməsi - 149; cəmi - 759