SİSTEM İSTİFADƏÇİLƏRİNİN TƏLİMATI

Sistem istifadəçisi DİM şəxsi kabinetinin istifadəçi adı (FİN) və istifadəçi parolundan istifadə etməklə növbəti səhifəyə daxil olur. Müvafiq rayonu və məktəbi seçdikdən sonra, sistemin iş mərhələsindən asılı olaraq, ona aşağıdakı menyu təqdim olunur:
  1. Nəzarətçi siyahılarının çapı
  2. Məktəbin direktoru
  3. Cari bazanın işlənməsi
  4. Yeni nəzarətçilərin qeydiyyatı
  5. Siyahıların təsdiqi
1. "Nəzarətçi siyahılarının çapı" düyməsini basdıqda yeni səhifələrdə cari ilin nəzarətçilərinin məlumatlarını əks etdirən iki ədəd siyahı açılır. Bu siyahılar əsasında mövcud nəzarətçilər haqqında məlumatlar dəqiqləşdirir və yeni nəzarətçilərlə bağlı məlumatlar əlavə edilir (belə ki, bu siyahılar əsasında məlumatların redaktəsi aparılacaq);
2. "Məktəbin direktoru" düyməsini basdıqda yeni səhifə açılır və istifadəçiyə məktəb direktoru haqqında informasiya təqdim olunur. İstifadəçi bu məlumatlara baxa bilir.
3. "Cari bazanın işlənməsi"  düyməsini basdıqda istifadəçiyə nəzarətçilərin siyahısı təqdim olunur. Bu zaman istifadəçi aşağıdakı imkanlara malik olur: 4. "Yeni nəzarətçilərin qeydiyyatı" düyməsini basdıqda (cari bazanın işlənməsi prosesi yekunlaşdıqdan sonra bu düymə aktivləşir), istifadəçi yeni nəzarətçi namizədin tədris edtdiyi fənni seçir sonra isə şəxsiyyətini təsdiq edən sənədin seriyasını seçib, nömrəsini və FİN-i müvafiq sahələrə daxil edərək "Qeydə al" düyməsini basır. Daxil edilmiş məlumatlar düz olduğu halda sistem aşağıdakı halları yoxlayır (ekranda hər bir hala uyğun müvafiq bildiriş mesajı əks olunur): 5. "Siyahların təsdiqi" - siyahıda olan bütün nəzarətçilərin (əgər yeni nəzarətçilər varsa, onlar da daxil olmaqla ) məlumatları redaktə olunduqdan sonra  bu düymə aktivləşir və bu düyməni basmaqla açılan yeni səhifələrdən nəzarətçilərin yekun siyahılarını ( çap edir (bundan sonra məktəb üzrə nəzarətçilərin siyahısına hər hansı əlavə və düzəliş aparılması mümkün olmur və təsdiq olunmuş siyahıların  çapı üçün "Təsdiq olunmuş siyahıların çapı"  düyməsi təqdim olunur). Yekun siyahılar hər bir nəzarətçi müəllim tərəfindən imzalanır və məktəb direktoru tərəfindən imza və möhürlə təsdiqlənir.
Sistem istifadəçisi, təhlükəsizliyi təmin etmək məqsədi ilə, işini yekunlaşdırdıqdan sonra "Sistemdən çıx" düyməsini basmaqla işlədiyi səhifədən cıxmalıdır.

Təlimatı çap et