Sistemə giriş

Xahiş olunur istifadəçi adını və parolu daxil edin.

Təhsil müəssisələrinə qəbul olmuş namizədlərin qeydiyyatını təhsil müəssisəsinin məsul şəxsləri aşağıdakı qaydada aparır:
- qeydiyyatdan keçmək üçün müraciət etmiş namizədin təqdim etdiyi sənədləri yoxlayır.
- eservices.dim.gov.az/qeydiyyat internet səhifəsinə daxil olur.
- ona DİM tərəfindən verilmiş istifadəçi adını və parolu müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır (təhlükəsizliyi təmin etmək məqsədilə istifadəçi adı və parol məxfi saxlanılmalıdır).
- təhsil müəssisəsinə aid "Qeydiyyat" səhifəsində namizədə məxsus iş nömrəsini və şəxsi kabinetinin istifadəçi adını müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır. Namizəd artıq qeydiyyatdan keçibsə, proqram bu barədə məlumat verir, əks halda namizədə aid məlumatlar ekranda təsvir olunur.
- ekranda göstərilən məlumatların namizədə aid olmasını yoxlayır.
- namizədi qeydiyyatdan keçirmək üçün "Qeydə al" düyməsini basır.
- qeydiyyat müddəti başa çatdıqdan sonra proqram vasitəsilə qeydiyyat siyahılarını iki nüsxədə çap edir və imzalayır.
- hər iki nüsxəni imzalamaq və imzaları möhürlə təsdiqlətdirmək üçün təhsil müəssisəsinin rəhbərinə təqdim edir.
- təsdiq edilmiş qeydiyyat siyahılarının bir nüsxəsini DİM-nın ümümi sektoruna təhvil verir.