Tədris ili:    

Təqvim planı                                                  
  
Əlaqələndiricilərin nəzərinə Xəbərlər

09.12.2025

Hörmətli məktəb rəhbərliyi,

Dövlət İmtahan Mərkəzi 11-ci siniflər üzrə 16-19 dekabr 2025-ci il tarixləri arasında xarici dil fənnindən pilot imtahan keçirməyi planlaşdırır.

İmtahan 1 saat davam edəcək və yalnız tədqiqat məqsədi daşıyır. Şagirdlərin nəticələri DİM-in məlumat bazasında saxlanılacaq və anonim şəkildə təhlil olunacaq. Məktəblərin pilot imtahanda iştirakı könüllüdür. Məktəbiniz bu tədqiqatda iştirak etməyə razıdırsa, bizə bildirməyinizi xahiş edirik.

Əlaqə telefonları:

(012) 310-53-16, daxili: 1416, 1421

08.12.2025

Aşağıdakı məlumatla məktəbinizin 8-11-ci sinif şagirdlərinin məlumatlandırılmasını xahiş edirik. 

DİM 8-11-ci sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanma imkanı təqdim edir.

“Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test.

2. Şəxsi xüsusiyyətlər testi.

3. Peşə maraqları testi.

Qeyd edək ki, bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

İlk imtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq. İştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.

Gələcəyinizi tanımaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!

01.11.2025

2025/2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

2025/2026-cı tədris ilində “Şagird-məzun” dövlət elektron informasiya sistemində məlumatların daxil edilməsi 01.11.2025-ci ildən aktivdir.

Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

01.11.2024

2024/2025-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

2024/2025-ci tədris ilində “Şagird-məzun” dövlət elektron informasiya sistemində məlumatların daxil edilməsi 01.11.2024-cü il tarixdən aktivdir.

24.10.2023

2023/2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

2023/2024-cü tədris ilində “Şagird-məzun” dövlət elektron informasiya sistemində məlumatların daxil edilməsi 01.11.2023-cü il tarixdən aktiv ediləcək.

06.12.2021

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

İmtahanda abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin, yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.

Sınaq imtahanı abituriyentlərin biliyinin diaqnostikası ilə bərabər, imtahanın texnologiyası, cavab kartının dolduirulması və s. ilə tanışlıq, imtahan zamanı vaxtın düzgün bölgüsü baxımından mühüm əhəmiyyətə malikdir. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edəcək 11-ci sinif şagirdləri isə müsabiqəyə buraxılmaq üçün keçiriləcək imtahanda 50%-dən yuxarı nəticə göstərməlidirlər.

Qeyd olunanları nəzərə alaraq, rəhbəri olduğunuz təhsil müəssisəsinin Azərbaycan dilindən fərqli dillərdə təhsil alan buraxılış sinif şagirdlərinə yeni modelə uyğun hazırlanmış sınaq imtahanında iştirakın tövsiyə edilməsini xahiş edirik.  

Sınaq imtahanına qeydiyyat 16 dekabr saat 23:59-dək DİM-in internet saytında aparılacaq.

28.12.2020

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2020-ci il tarixli 488 nömrəli qərarına əsasən ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmış, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılmış, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilmişdir. Bununla əlaqədar vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə  qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı aşağıda qeyd olunan dəyişikliklər nəzərdə tutulmuşdur:

1.    Fərdi məlumatları Şagird-məzun sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;

2.    01.09.2020-ci il tarixdən sonrakı müddətdə  şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə "Şagird-məzun" sisteminə daxil edilməsi mümkün olacaq;

3.    Buraxılış sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi müddəti fevral ayının sonunadək uzadılacaq.

03.03.2020

Diqqət!

09.03.2020-ci ildə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanı təxirə salındı. Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə əvvəl elan olunacaqdır. Ümumtəhsil müəssisələrinin rəhbərlərindən xahiş olunur ki, imtahanda iştirak etməli olan şagirdlərə bu barədə məlumat verilsin.

04.10.2018

12.01.2018

Ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların  "Şagird-məzun" sisteminə daxil edilməsi haqqında

Daxiletmə faizi 100-dən aşağı olan rayonların (şəhərlərin) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş olunur ki, daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə əlavə edərək təsdiq edilməsini təmin etsinlər!

Diqqət! Buraxılış imtahanında esse yazmaq istəyən IX sinif şagirdlərinin “Şagird-məzun” sistemindəki məlumatlarında müvafiq qeyd aparılması zəruridir. Xatırladırıq ki, mövcud qaydalara görə buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin biliyinin yekun qiymətləndirilməsi aparılmır!

Ümumtəhsil məktəbləri IX sinif şagirdlərinin məlumatlarının "Şagird-məzun" sisteminə daxil edilməsi üzrə 12.01.2018-ci il tarixə olan ümumi statistika

05.12.2016

Naxçıvan MR Kəngərli, Sədərək rayonları və Naftalan şəhəri  üzrə buraxılış sinif şagirdləri haqqında ilkin məlumatların sistemə daxil edilməsi və təsdiqlənməsi prosesi başa çatmışdır.

Diqqət! IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsində iştirakını təmin etmək üçün onlar haqqında məlumatlar təcili “Şagird-məzun” sisteminə işlənməlidir. Xatırladırıq ki, yeni qaydalara görə buraxılış imtahanlarında iştirak etməyən IX sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi aparılmır!

Ümumtəhsil məktəbləri IX sinif şagirdlərinin məlumatlarının "Şagird-məzun" sisteminə daxil edilməsi üzrə 05.12.2016-cı il tarixə olan ümumi statistika

05.12.2016

Təqvim planının növbəti mərhələsi haqqında

Təhsil Nazirliyi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında sağlamlıq imkanları məhdud IX sinif şagirdlərinin siyahısının Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edilməsi mərhələsi 01.12.2016 – 15.01.2017 tarixləri aralığını əhatə edir. Təhsil Nazirliyindən (şəhər (rayon) təhsil şöbələrindən) xahiş olunur ki, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin fevral-mart aylarında keçiriləcəyini nəzərə alaraq, siyahını təqvim planında göstərilən müddətdən gec olmayaraq DİM-ə təqdim etsinlər.

22.11.2016

Naftalan şəhəri üzrə buraxılış sinif şagirdləri haqqında ilkin məlumatların sistemə daxil edilməsi və təsdiqlənməsi prosesi başa çatmışdır.

Daxiletmə faizi 100-dən aşağı olan rayonların (şəhərlərin) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş olunur ki, daxil edilməmiş məlumatları "Şagird-məzun" sisteminə əlavə edərək təsdiq etsinlər!

Diqqət! IX sinif şagirdlərinin buraxılış imtahanının birinci mərhələsində iştirakını təmin etmək üçün onlar haqqında məlumatlar təcili “Şagird-məzun” sisteminə işlənməlidir. Xatırladırıq ki, yeni qaydalara görə buraxılış imtahanlarında iştirak etməyən IX sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi aparılmır!

01.11.2025

2025/2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

2024/2025-ci tədris ilində “Şagird-məzun” dövlət elektron informasiya sistemində məlumatların daxil edilməsi 01.11.2025-ci ildən aktivdir.