Şagird - məzun sistemi
 
 
          Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"nin çapı

         21 iyun 2026-cı ildə tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün Azərbaycan dili fənnindən (dövlət dili), həmçinin 17 may 2026-cı il tarixdə hava şəraiti ilə əlaqədar imtahanda iştirak edə bilməmiş IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

         Bu səhifədən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap etmək üçün kompüterə  Adobe Reader  quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.