Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"nin çapı
 


  08.09.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ilinin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən buraxılış sinif şagirdləri üçün tam orta və ümumi orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı keçirəcəkdir.

  Bu səhifədən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap etmək üçün kompüterə  Adobe Reader  quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.

  Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı buradan yükləmək olar.