M.V.LOMONOSOV adına MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN BAKI FİLİALININ MAGİSTRATURAYA QƏBUL İMTAHANLARI ÜZRƏ ELEKTRON QEYDİYYAT SİSTEMİNƏ XOŞ GƏLMİSİNİZ!
ДОБРО ПОЖАЛОВАТЬ В СИСТЕМУ ЭЛЕКТРОННОЙ РЕГИСТРАЦИИ НА ВСТУПИТЕЛЬНЫЕ ЭКЗАМЕНЫ В МАГИСТРАТУРУ ФИЛИАЛА МГУ имени М.В.ЛОМОНОСОВА В ГОРОДЕ БАКУ!
Müsahibə və imtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcəkdir. Qəbul imtahanında iştirak edən şəxs aşağıdakı sənədləri təqdim etməlidir:
Собеседование и экзамены будут проходить по адресу г. Баку, Бинагадинский р-н, пос. Ходжасан, ул. Университетская, 1. Поступающий при себе должен иметь:
1. şəxsiyyəti təsdiq edən sənəd / документ, удостоверяющий личность;
2. elektron qeydiyyat sistemindən çap edilmiş və şəxsi imza ilə təsdiqlənmiş buraxılış vərəqəsi / распечатанный пропуск из системы электронной регистрации с личной подписью.
Cari ilin məzunları diplomları olmadığı təqdirdə, əgər MDU-nun Bakı filialının məzunu deyillərsə, magistraturaya qəbul üçün təhsil aldıqları universitetdən verilmiş arayışı pk@msu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.
Выпускникам текущего года в случае отсутствия диплома нужно отправить на почту pk@msu.edu.az справку из университета для поступления в магистратуру, если поступающий не является выпускником филиала МГУ в г. Баку.
Miqrasiya xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi sənədinə (DYİ seriyası) və ya müvəqqəti yaşayış icazəsi sənədinə (MYİ seriyası) malik olan xarici vətəndaşlar qeydiyyat zamanı həmin sənədin seriyasını və nömrəsini göstərməlidirlər.
Иностранные граждане, имеющие документ, выданный миграционной службой о постоянном (серия DYİ) или временном проживании (серия MYİ), должны указать при регистрации серию и номер этого документа.
Yuxarıda qeyd olunan sənədlərə malik olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində xarici pasportun məlumatlarını qeyd etməli və xarici pasportun skan surətini, həmçinin Azərbaycan Respublikası vətəndaşlığının və Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olmaması barədə əl ilə doldurulmuş ərizəni əlavə etməlidirlər (əlavə edilmiş nümunəyə baxın).
Иностранные граждане, не имеющие указанных выше документов (не имеющие FİN-кода), в системе электронной регистрации указывают данные загранпаспорта и должны прикрепить скан-копию загранпаспорта и заявление об отсутствии гражданства Азербайджанской Республики и отсутствии постоянного вида на жительство в Азербайджанской Республике, заполненное от руки, см. прикрепленный образец.
Qeydiyyatla bağlı yaranan bütün suallarla əlaqədar pk@msu.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
По всем вопросам, связанным с регистрацией, обращайтесь по адресу pk@msu.edu.az.